Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Ukrayna Rusiya ilə razılaşmaq istəyir?

Ukrayna Rusiya ilə razılaşmaq istəyir?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Trampın Zelenski ilə görüşdən sonrakı açıqlaması yeni vəziyyətdən xəbər verir

Rusiya-Ukrayna müharibəsində rəsmi Kiyev hər hansı irəliləyişə nail ola bilmir. Qərbin hərbi yardımına baxmayaraq, Rusiya orudusu Ukrayna ərazilərini ələ keçirməkdə davam edir. Müharibədə Kiyevə ən çox hərbi dəstək verən dövlət isə ABŞ-dır. Lakin Bayden administrasiyanın təxminən bir aydan sonra hakimiyyətdən gedəcəyini nəzərə alsaq, növbəti ildə Ukraynanın çətin sınaqlarla üz-üzə qalacağını demək mümkündür. Çünki yeni Prezident Donald Tramp bu müharibənin tezliklə dayandıracağını bəyan edib.

Zelenski: Müharibənin tez və ədalətli şəkildə bitməsini istəyirik

Yeri gəlmişkən, bugünlərdə Donald Tramp Parisdə Ukrayna Prezidenti Zelenski ilə görüşüb. Bu görüşdən sonra Tramp Ukrayna və Rusiyanı atəşkəsə və bunun üçün şərtləri açıqlamağa çağırıb. O, sosial mediadakı paylaşımında yazıb ki, Ukrayna münaqişəni dayandırmaq üçün Rusiya ilə razılaşmaq istəyir.

V.Zelenski isə görüşlə bağlı “X” səhifəsində qeyd edib ki, Kiyev müharibənin tez və ədalətli şəkildə bitməsini istəyir: “Güc vasitəsilə sülh mümkündür. Birgə işi davam etdirməklə bağlı razılıq əldə olunub”.

Xatırladaq ki, Tramp hələ seçki kampaniyası zamanı bu müharibənin tezliklə  dayandırılması haqqında fikirlərini dəfələrlə bildirmiş, Zelenski ilə bu mövzuda müzakirələr də aparmışdı. Tramp müharibəni 24 saat ərzində dayandıracağını da bəyan edib. O, müharibəni bitirmək planı çərçivəsində Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının mümkünlüyünü açıqlayıb. Tramp hesab edir ki, sanksiyalar çox vaxt ABŞ-ın təcrid olunmasına gətirib çıxarır və o, sanksiyaların tərəfdarı deyil. Tramp Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərini də xatırladıb və vurğulayıb ki, onun prezidentliyi dövründə müharibə təhlükəsi olmayıb və Rusiya heç vaxt Ukraynanı işğal etməyəcəkdi.

Yeni prezidentin fikrincə, Ukrayna münaqişəsi zamanı dünya daha təhlükəli olub və  buna görə ABŞ-ın hazırkı prezidenti Co Baydeni günahlandırıb. “Bloomberg” isə yazırdı ki, Trampın planına Ukraynanı hərbi yardımı kəsmək təhlükəsi altında Moskva ilə danışıqlara məcbur etmək daxildir. Digər tərəfdən, Tramp Ukraynaya silah tədarükünü artıracağı ilə hədələməklə Rusiyanı danışıqlar masasına oturtmaq niyyətindədir.

Rusiya ABŞ-la normal münasibətlərin mövcud olmasını istəyir

Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində ABŞ-ın yeni administrasiyası ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, Moskva Donald Trampla bağlı siyasətində konkret addımlara əsaslanacaq: “Düşünürəm ki, o, nəticə əldə etmək istəyən, işləri təxirə salmağı xoşlamayan güclü bir insandır. Bu mənim fikrimdir. Söhbətdə olduqca mehribandır. Lakin bu, Donald Trampın rusiyapərəst olması demək deyil. Bəziləri onu belə göstərməyə çalışır. Tramp administrasiyası dövründə tətbiq edilən anti-Rusiya sanksiyalarının sayı çox böyük idi”. Onun sözlərinə görə, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli yalnız Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi və ölkədəki Qərb hərbi bazalarının bağlanması ilə mümkündür.

Nazir, həmçinin vurğulayıb ki, Moskva ABŞ-la müharibə barədə düşünmür, çünki bu, nüvə müharibəsi ola bilər. Eyni zamanda, onun sözlərinə görə, “Oreşnik” zərbəsi Rusiyanın Qərbin “strateji məğlubiyyətinə” nail olmasının qarşısını almaq üçün istənilən vasitədən istifadə etməyə hazır olduğunu nümayiş etdirdi. “Biz ABŞ-la nüvə xarakterli ola biləcək müharibə haqqında düşünmürük. Bizim hərbi doktrinamızda deyilir ki, ən başlıcası nüvə müharibəsindən çəkinməkdir”, - deyə S.Lavrov bildirib. Eyni zamanda, o söyləyib ki, Rusiya ABŞ-la normal münasibətlərin mövcud olmasını istərdi və bu ölkələrin əməkdaşlıq edə bilməməsi üçün heç bir səbəb görmür. XİN rəhbəri onu da bildirib ki, ABŞ və Rusiya arasında qapalı kanallar vasitəsilə əsasən əsirlərin mübadiləsi müzakirə olunur.

Kuleba: Tramp münaqişəni nə 24 saata, nə də 72 saata həll edə bilməyəcək

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “Die Presse” qəzetinə müsahibəsində deyib ki, ABŞ-ın gələcək prezidenti Donald Tramp Ukraynadakı münaqişəni nə 24 saata, nə 48 saata, nə də 72 saata həll edə bilməyəcək. Onun fikrincə, Trampın ilk açıqlamaları və telefon zəngləri böyük səs-küyə səbəb olsa da, hələlik bunlar sadəcə sözlərdir: “Müharibənin tez bitməyəcəyi aydındır. Bu, sadəcə olaraq mümkün deyil. Trampın hansı planı ortaya atmasından asılı olmayaraq, reallıq yoxlamasından keçməli olacaq”.

Lakin Qərb dövlətlərinin, xüsusilə ABŞ-ın Kiyevə silah yardımını dayandırması isə Ukraynanın qısa müddətdə məğlubiyyəti ilə nəticələnə bilər. Bu, Ukraynanın keçmiş XİN başçısına da yaxşı məlumdur. Ona görə də, rəsmi Kiyevin ABŞ-ın sülh planını qəbul etməsi ehtimalı çox yüksəkdir.

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Dekabr 2024 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri