Icma.az
close
up
RU
Ukrayna Rusiya müharibəsinə son qoyulur? Türkiyəli ekspertdən mühüm açıqlama

Ukrayna Rusiya müharibəsinə son qoyulur? Türkiyəli ekspertdən mühüm açıqlama

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri, davam edən Ukrayna-Rusiya müharibəsi kontekstində diplomatik gərginliyin zirvəsində baş tutacaq. Bu görüşlər, Rusiyanın Donbas regionunda əhəmiyyətli ərazi qazancları əldə etdiyi, eyni zamanda ABŞ və Qərb ölkələrinin Ukraynaya dəstəyi ilə bağlı qeyri-müəyyənliklərin artdığı bir vaxta təsadüf edir. Xüsusilə ABŞ-da Donald Trampın mövqeyi və Ukraynaya pulsuz silah tədarükündən imtina etməsi, Kiyevin danışıqlar masasında vəziyyətini çətinləşdirir. Türkiyə isə hər iki tərəf üçün etibarlı bir dialoq platforması olmağa çalışır.

Mövzu ilə bağlı Moderator.az-a danışan  Türkiyənin Dumlupinar Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Hüsamettin İnanç deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Türkiyədə olacaq. Rusiyadan heç bir rəsmi şəxs bu görüşə qatılmayacaq. Onun sözlərinə görə, Zelenskinin Prezident Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər Naziri ilə  bu gün mühüm görüşləri olacaq:

“Bu görüşlərin gedişatına baxdığımızda, onun atəşkəsə və ya sülh danışıqlarına çevrilmə ehtimalı çox zəifdir. Çünki Putin qətiyyən atəşkəsə və ya sülhə razı olmur. Bunun ən böyük səbəbi Trampın xüsusilə Zelenskini Oval Ofisdə danlaması, Trampın tamamilə Putinlə birlikdə hərəkət etməsi və Putinin də bir mənada imperialist yayılma məqsədlərinin dəstəklənməsi ilə bağlıdır. Ən nəhayət, məlum olduğu kimi, Potkos əhəmiyyətli dərəcədə Rusların əlinə keçib və bu da Dnyeperin şərqinin, yəni Donetsk və Luqansk bölgələrinin (Donbasın) əhəmiyyətli dərəcədə Rusların nəzarətinə keçməsi deməkdir. Bu mərhələdə, xüsusilə Trumpın son vaxtlar Avropadan gördüyü təzyiqlə atəşkəsi məcbur etmək istədiyi və atəşkəsdən sonra Zelenskini itirilən torpaqları Ruslara verməyə razı salmaq cəhdi var. Lakin, Zelenskinin tarixə öz torpaqlarını Rusiyaya təslim etmiş bir lider kimi düşmək arzusu yoxdur. Digər tərəfdən baxsaq, Ukrayna arxasında Amerika olmadan müharibəni bitirə biləcək silah və sursat imkanına sahib deyil və strateji üstünlüyü də əlində saxlamır. Buna görə də, həm cəbhədə, həm də danışıqlar masasında tamamilə kilidlənmiş (dalana dirənmiş) bir vəziyyət mövcuddur. Bəlkə də edilə biləcək, gözlənilməyən, lakin mümkün olan ən yaxşı nöqtə atəşkəs ola bilər. Lakin bu atəşkəsin necə nəticələnəcəyi barədə Zelenskinin ciddi şübhələrinin olduğu aşkardır”.

Türkiyəli ekspert  qeyd edib ki, İngiltərə müharibənin davam etməsi məsələsində bütün Avropa dövlətlərinə və Zelenskiyə təzyiq göstərir:

“Gəldiyimiz nöqtəyə həqiqətən də həllolunmaz bir nöqtə demək olar. Çünki Rusiyanın sülh müqaviləsi imzalamaq və ya atəşkəsi təmin edərək dayandırmaq kimi bir səyi görünmür. Lakin, bəlkə də bir aralıq həll yolu ola bilər: müəyyən bir müddətə atəşkəsin təmin edilməsi və danışıqlar masasının qurulması. Bu, nail oluna biləcək ən yüksək nöqtədir. Amma bunun təhlükələri də aşkardır. Dediyim kimi, atəşkəs təmin olunsa, Rusiya əlindəki torpaqları artıq zəmanətləmiş olmanın reallığı üzərindən bir bazarlıq masası quracaq ki, bu da Ukraynanın, yaxud Ukrayna lideri Zelenskinin asanlıqla qəbul edə bilməyəcəyi bir nöqtədir. Lakin, bundan başqa, Zelenskinin qarşısında hazırda fərqli bir alternativ görünmür. Çünki nə qədər uzun mənzilli bəzi raketləri alma imkanları olsa da (məsələn, Tomahawk kimi), Amerika müharibəni tamamilə onun xeyrinə çevirəcək silahları ona vermir. Trumpın məlum olduğu kimi, "Mən pulsuz, ödənişsiz və ya təmənnasız silah vermərəm. Ancaq NATO-ya istənilən silahları sataram və NATO da istədiyi qədərini Ukraynaya verər" tərzində bir yanaşması var. Və bu yanaşma onsuz da Ukraynanın əlini olduqca zəiflədən bir ünsür olaraq qarşımıza çıxır. Təəssüf ki, İstanbulda və ya Ankarada baş tutacaq bu görüşmələr asanlıqla sülh gətirməyəcəkdir. Lakin, çox zəif bir ehtimal olsa da, atəşkəs ehtimalı mövcud ola bilər. Zelenski atəşkəsin nəticələrini (mənfi cəhətlərini) bildiyi üçün bu mövzuya daha ehtiyatlı və təmkinli yanaşacaqdır. Hazırkı mərhələdə ən çox diqqət yetirilən şey, əslində insani vəziyyətlə əlaqəli olduğu üçün, əsir mübadiləsi olacaqdır. Lakin bir gün yekun sülh və atəşkəs nöqtəsinə gəlinərsə, bunun ünvanının da Türkiyə olacağı olduqca aşkardır. Çünki Türkiyə "aktiv bitərəflik" adlanan yanaşmanı ifadə edərək, hər iki tərəfə bərabər məsafədə qalır, hər iki tərəflə görüşür və danışıqlar və dialoq üçün möhkəm, etibarlı bir tərəfdaş (və ya aktor) olmağı davam etdirir”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Noyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri