Icma.az
close
up
RU
Ukrayna Rusiya təyyarələrini əvvəl bildirildiyindən az sayda vurub “Reuters”

Ukrayna Rusiya təyyarələrini əvvəl bildirildiyindən az sayda vurub “Reuters”

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Pautina” (“Hörümçək toru”) əməliyyatı zamanı Ukrayna Rusiya hərbi aerodromlarını dronlarla hədəfə alıb. Bu hücum nəticəsində Rusiya Hərbi-Hava Qüvvələrinin 20-yə qədər təyyarəsi zədələnib, onlardan təxminən 10-u tamamilə məhv edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi iki amerikalı rəsmi şəxsə istinadən xəbər verir.

Bildirilir ki, bu rəqəmlər Ukraynanın daha əvvəl açıqladığı göstəricilərdən təxminən iki dəfə azdır. Ukrayna tərəfi 41 təyyarənin vurulduğunu iddia edirdi. Agentlik nə Kiyev, nə də Vaşinqtonun təqdim etdiyi rəqəmləri müstəqil şəkildə təsdiqləyə bilməyib.

Rəqəmlərdə fərqlər olsa da, ABŞ rəsmiləri bu əməliyyatı çox önəmli hesab edirlər. Eyni zamanda, amerikalı mənbələrdən biri bildirib ki, bu hücumdan sonra Rusiya sülh danışıqlarında daha sərt mövqe tuta bilər.

Ukrayna pilotsuz uçuş aparatlarının hücumundan sonra çəkilmiş kommersiya peyk görüntüləri Rusiya Hərbi-Hava Qüvvələrinin "Tу-95" və "Ту-22" tipli strateji bombardmançı təyyarələrinin zədələndiyini göstərir. Qeyd olunur ki, bu təyyarələr Ukraynaya qarşı raket zərbələri endirmək üçün istifadə olunurdu.

Ukraynanın bu əməliyyatı göstərdi ki, Rusiya qoşunlarının irəliləməsini dayandırmağa çalışan Kiyev, eyni zamanda, düşməni təəccübləndirərək cəbhə xəttindən 4300 kilometr məsafədə yerləşən hədəflərə zərbələr endirə bilir. Hadisədən sonra rusiyalı hərbi bloqqerlər öz hakimiyyətlərini laqeydlik və arxayınçılıqda günahlandıraraq, vacib strateji bombardmançıların hücuma məruz qalmasına səbəb olduqlarını bildiriblər.

Qeyd edək ki, 1 iyun tarixində Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın ərazisində “Pautina” (“Hörümçək toru”) adlı xüsusi əməliyyat həyata keçirib. Əməliyyat çərçivəsində pilotsuz uçuş aparatları (dronlar) yük maşınlarından buraxılaraq Rusiya aerodromlarını və orada yerləşən təyyarələri hədəfə alıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bu əməliyyatın hazırlığı 1,5 ildən çox çəkib. UTX rəhbəri Vasili Malyuk isə qeyd edib ki, zərər görmüş təyyarələr arasında "Ту-160", "Ту-22М3", "Ту-95МС" və uzaq mənzilli radiolokasiya təyyarəsi "А-50" də olub.

UTX tərəfindən yayımlanan hücum görüntülərində bəzi "Ту-95МС" təyyarələrinin "X-101" raketləri ilə silahlandığı görünür – bu da onların növbəti raket hücumuna hazırlandığını göstərir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 İyun 2025 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri