Ukrayna Rusiyada “Wildberries”in daha bir anbarına hücum edib, 600 dən çox dron vurulub
Icma.az bildirir, Apa.az portalına istinadən.
Rusiya Hava Hücumundan Müdafiə qüvvələri gecə ərzində ölkənin müxtəlif regionları üzərində Ukraynaya məxsus 605 pilotsuz uçuş aparatını (PUA) vurub.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev bildirib ki, bölgəyə indiyədək ən kütləvi PUA hücumu həyata keçirilib. Onun sözlərinə görə, HHM qüvvələri 92 pilotsuz aparatı məhv edib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Tver vilayətinin qubernatoru İqor Korolyov isə bildirib ki, PUA qalıqlarının düşməsi nəticəsində “Wildberries” şirkətinə məxsus logistika kompleksinin fasadına ziyan dəyib. Onun sözlərinə görə, insident zamanı xəsarət alan olmayıb.
Məlumata görə, Rusiya ordusu Qara dənizdə Ukrayna ordusunun maraqları üçün istifadə olunduğu iddia edilən iki yük gəmisinə də zərbələr endirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 06 Avqust 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















