Ukrayna Rusiyanın böyük raket anbarını vurdu Əhali təxliyə edilir
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
12 fevral gecəsi Ukrayna ordusu Rusiyanın Volqoqrad vilayətinin Kotluban kəndi yaxınlığında yerləşən Rusiya Ordusunun Baş Raket və Artilleriya İdarəsinə məxsus böyük raket anbarına zərbə endirib. Nəticədə böyük yanğın baş verib.
“AzPolitika” xəbər verir ki, Rusiya kanallarında yayımlanan bu məlumatı Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov da təsdiqləyib. Qubernator bəyan edib ki, "yanğın söndürmə zamanı mülki əhalinin partlayış təhlükəsindən qorunmasını təmin etmək üçün Kotluban kəndinin sakinlərinin təxliyəsi elan edilib və hazırda proses davam edir".
"Qalıqların düşməsi nəticəsində Kotluban kəndi yaxınlığında Müdafiə Nazirliyinin bir obyektinin ərazisində yanğın baş verib. Vilayətin yanğınsöndürmə xidmətləri, Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyinin əməkdaşları yanğının söndürülməsində iştirak edir", - deyə vilayət qubernatoru yazıb. O, hücum nəticəsində heç bir insan itkisinin olmadığını iddia edib.
Monitorinq kanallarına görə, Ukrayna tərəfindən Rusiya raket və artilleriya silahlarının saxlanması və modernləşdirilməsi üçün istifadə edilən arsenala zərbə endirilib. Yerli sakinlər sosial mediada hərbi obyektin ərazisində partlayışlar və böyük yanğın baş verdiyini bildiriblər.
Bundan öncə, 2024-cü ilin sentyabr ayında Ukrayna qüvvələri Kotlubandakı GRAU anbarına hücum etmişdi. Həmin vaxt Ukrayna PUA-larının hücumu yanğına səbəb olmuşdu, lakin yanğın sursat anbarına yayılmamışdı. Bu dəfə isə zərbənin daha güclü olduğu bildirilir.
Baxış sayı:150
Bu xəbər 12 Fevral 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















