Icma.az
close
up
RU
Ukrayna Rusiyanın bu şəhərindəki İES i raketlə vurdu... RƏSMİ

Ukrayna Rusiyanın bu şəhərindəki İES i raketlə vurdu... RƏSMİ

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Ukrayna Silahlı Qüvvələri  dekabrın 15-də gecə yarısı Belqorodu atəşə tutub. İlkin məlumatlara görə, itki yoxdur.

Moderator.az  xəbər verir ki, bu haqda "Moscowtimes" nəşri məlumat yayıb.

Atışma nəticəsində mühəndislik infrastrukturuna ciddi ziyan dəyib. Təcili yardım və əməliyyat xidmətləri nəticələrin aradan qaldırılması ilə məşğuldur”, - Qladkov özünün telegram-kanalında yazıb. O, əlavə edib ki, partlayış dalğası 6 çoxmənzilli binanın və bir fərdi evin pəncərələrini sındırıb.

Yerli "Pepel" qəzetinin məlumatına görə, "Luç" istilik elektrik stansiyası (İES) üzərinə raket zərbəsindən sonra tüstü buludu qalxıb. Bu, Belqorodun əsas enerji və istilik elektrik stansiyalarından biridir və təbii qazla işləyir. Xarkovskaya Qora mikrorayonunun bir hissəsini və şəhərin digər hissələrini elektrik və istiliklə təmin edir.

Bundan əvvəl, sentyabrın 28-də Rusiya Aerokosmik Qüvvələri Belqorod istilik elektrik stansiyasına raket zərbəsi endirib. Həmin vaxt zərbə şəhərdəki "Luç" yarımstansiyasına endirilib. Bu, Belqorodun müəyyən ərazilərində, Starıy Oskolda, Şebekinoda və bölgənin bir neçə digər yaşayış məntəqəsində elektrik kəsintisinə səbəb olub. Bundan əlavə, oktyabrın 5-də "Luç" istilik elektrik stansiyasının enerji bloklarından birinə hücum edilib və nəticədə Belqorod və bölgənin minlərlə sakini elektriksiz qalıb.

Daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Belqorod və Kursk bölgələrində genişmiqyaslı elektrik kəsintiləri ilə hədələyib. Rusiya qoşunları hmin bölgələrdən mütəmadi olaraq Ukraynanın enerji obyektlərinə raket və dronlar atırlar. 

"Onlar Xarkov və ətraf bölgənin enerji infrastrukturuna zərbələr endirirlər. Bəlkə də bunu edəndə Belqorodda özlərini olduqca rahat hiss edirlər. Biz onlara başa düşməli olduqlarını dedik: əgər elektrik kəsintilərinə səbəb olmaq istəyirlərsə, biz də eyni şeyi edəcəyik", - deyə Zelenski qeyd edib. O, həmçinin rusların müharibənin bədəlini hiss etməli olduqlarını vurğulayıb.

Bu arada, Rusiya ordusu payızın əvvəlindən bəri Ukraynanın enerji infrastrukturu obyektlərinə müntəzəm olaraq hücum edir və genişmiqyaslı elektrik kəsintilərinə səbəb olur. Baş nazir Yuliya Svırıdenko qeyd edib ki, saatlıq elektrik kəsintiləri uzun müddət ölkə miqyasında qüvvədə qalacaq. Ukrayna hökuməti qrafiki qısaltmaq üçün çalışır, lakin Rusiya qoşunları enerji sektorunu hədəf almağa davam edir. Elektrik enerjisi istehsalı, paylanması və ötürülməsinə son raket və dron hücumu 13 dekabr gecəsi baş verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Dekabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri