Ukrayna Rusiyanın daha bir zavodunu vurdu Rostovda güclü yanğın VİDEO
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün gündüz saatlarında Novoşaxtinsk Neft Emalı Zavodunda (NEZ) güclü partlayışlar baş verib.
Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, zavoddan böyük tüstü buludu yüksəlib.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, Ukrayna bu gün şəhərə ən azı 13 raket və 84 PUA ilə hücum edib. Sakinlər və sosial şəbəkə istifadəçiləri tüstü və partlayışı canlı izləyiblər. Yerli kanallarda zavodun İngiltərə silah sənayesinin “Storm Shadow” raketləri ilə vurulması barədə məlumatlar yayılıb.
“Reuters” qeyd edib ki, əvvəlki zərbələrdə də Ukrayna Böyük Britaniya istehsalı “Storm Shadow” raketləri və ABŞ istehsalı ATACMS sistemlərindən istifadə edildiyi hallar olub.
Zavod Rostov vilayətinin ən böyük neft emalı müəssisələrindən biridir mazut, soba. gəmi yanacağı, dizel və benzin istehsal edir. Bu, Cənubi Rusiyada əsas enerji təchizatçılarından biridir.
Bu il dəfələrlə hədəfə alınan zavod sonuncu dəfə avqustun 21-də böyük hücuma məruz qalıb. Dekabrın 18-də isə Rostov limanı hücum baş verib və “Valeriy Gorchakov” tankeri batırılıb.
Bu hücum Novoşaxtinsk zavodunun emal fəaliyyətinə ciddi təsir göstərə bilər. Hücumlar nəticəsində regionda enerji təhlükəsizliyi və neft məhsulları təchizatı üçün riskləri artırır. Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Xatırladaq ki, Ukrayna bu il Rusiya neft sektorunu hədəf alan strateji əməliyyatlarını genişləndirib. Xəzər dənizində “Lukoil”a məxsus neft platformalarına qarşı PUA hücumları da qeydə alınıb — Filanovski və Korchagin sahələrində, eləcə də Rakushychne platformasında vurulma nəticəsində çıxarma və emal prosesləri pozulub. Bu hücumlar Moskvanın neft gəlirlərini zəiflətmək məqsədilə həyata keçirilir və Rusiyanın enerji ixracının strateji obyektlərini hədəf alır.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Ukrayna Rusiyanın Arzamas zavodunu vurdu FOTO/VİDEO
11 Avqust 2025 16:16
Ukrayna Rusiyanın mühüm zavodunu vurdu
21 May 2025 11:37
Ukrayna Rostovda silahsursat anbarını məhv etdi VİDEO
25 Dekabr 2024 17:06
Ukrayna Rusiyanın nəhəng qaz emalı zavodunu vurdu Video
24 Avqust 2025 15:00
Baxış sayı:23
Bu xəbər 25 Dekabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















