Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən əldə olunmuş ilk qrantı alıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna ABŞ-dən Rusiya Federasiyasının dondurulmuş aktivləri hesabına əldə edilmiş 1 milyard dollar məbləğində ilk qrantı alıb.
APA xəbər verir ki, UNİAN bu barədə Ukraynanın Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
İlk dəfə olaraq dövlət büdcəsinə Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunmuş vəsait daxil olub.
"Ukraynanın dövlət büdcəsi Dünya Bankının İkinci İnkişaf Siyasəti Krediti (DPL) proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarından 1 milyard dollar qrant alıb", - nazirliyin yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, DPL proqramı Ukraynada xüsusilə dəmir yolu infrastrukturu, gömrük və vergi siyasəti, korrupsiyaya qarşı mübarizə, dövlət müəssisələri və özəl sektorun inkişafı ilə bağlı islahatları dəstəkləməyə yönəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 24 Dekabr 2024 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















