Ukrayna Rusiyanın ən böyük kimya zavodlarından birini vurdu
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Tula vilayətində yerləşən “Novomoskovsk Azot” kimya zavoduna zərbə endirib.
Modern.az xəbər verir ki, bu barədə UNIAN Rusiya mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib. Yerli sakinlər bir neçə partlayış səsi eşitdiklərini bildiriblər. Tula vilayətinin qubernatoru Dmitri Milyayev də pilotsuz aparatların hücumunu təsdiqləyib.
Bildirilir ki, “Novomoskovsk Azot” Rusiyanın ən iri kimya müəssisələrindən biridir. Zavod ammonyak, azot gübrələri, metanol, xlor, azot turşusu və digər kimyəvi məhsullar istehsal edir. Müəssisə “EuroChem” şirkətlər qrupuna məxsusdur.
İlkin məlumata əsasən, hadisə nəticəsində ölən olmayıb, iki nəfər yüngül xəsarət alıb.
Qeyd edək ki, bu, son həftələrdə “Novomoskovsk Azot” zavoduna edilən ilk hücum deyil. Daha əvvəl də müəssisənin dron hücumlarına məruz qaldığı və fəaliyyətinin müvəqqəti dayandırıldığı bildirilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:207
Bu xəbər 14 İyun 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















