Icma.az
close
up
RU
Ukrayna Rusiyanın hərbi sənaye müəssisələrini hədəfə aldı “Azot” və “Hidromaş” zavodları vuruldu

Ukrayna Rusiyanın hərbi sənaye müəssisələrini hədəfə aldı “Azot” və “Hidromaş” zavodları vuruldu

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Ukrayna ordusu və kəşfiyyatı Rusiya ərazisində kritik hərbi-sənaye infrastrukturlarını vurmaqda davam edir. İyunun 8-nə keçən gecə Tula vilayətinin Novomoskovsk şəhərində yerləşən “Azot” kimya zavodu pilotsuz uçuş aparatlarının hədəfinə çevrilib. Bu, son iki həftə ərzində həmin zavoda edilən ikinci hücumdur.

Hadisə barədə ilk məlumatlar yerli “Telegram” kanalları və daha sonra Tula vilayətinin qubernatoru Dmitri Milyayev tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, hücum nəticəsində zavod ərazisində yanğın baş verib, iki nəfər xəsarət alıb.

“Azot” zavodu təsadüfi obyekt deyil. Burada ammiak selitrası (partlayıcı maddələrin hazırlanmasında istifadə olunur), metanol (raket yanacağının komponenti) və arqon (metallurgiyada tətbiq edilir) istehsal olunur. Belə obyektlərin vurulması Ukraynanın Rusiyanın müdafiə sənayesinə strateji zərbə endirmək niyyətini nümayiş etdirir.

Eyni gecə Rusiya Müdafiə Nazirliyi 61 Ukrayna dronunun Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib. Dronlar Bryansk, Belqorod, Kaluj, Tula, Orlov, Kursk və Moskva vilayətləri ilə yanaşı, işğal altındakı Krım yarımadası üzərində də vurulub.

Bu fakt Ukraynanın hava hücum potensialının artdığını və Rusiya HHM sisteminin fasiləsiz yüklənmə ilə üzləşdiyini göstərir. Hərbi ekspertlərə görə, bu hücumlar təkcə maddi itkilərlə nəticələnmir, həm də Rusiya ordusunun logistika və təchizat zəncirini pozmaq məqsədi daşıyır.

İşğal altındakı Melitopol şəhərində yerləşən “Hidromaş” müəssisəsində də böyük yanğın qeydə alınıb. Müəssisə uçuş aparatlarına şassi, hidroqaldırıcılar və hidrosistemlər istehsal edir. Məlumata görə, zavod sırf hərbi aviasiya üçün vacib komponentlər buraxır.

Bu, Ukraynanın təkcə Rusiya ərazisində deyil, müvəqqəti işğal olunmuş ərazilərdəki hərbi-sənaye obyektlərini də müstəqil hədəf seçdiyini sübut edir. “Hidromaş” zavodunun vurulması, xüsusilə də Rusiyanın döyüş helikopterləri və dronlarının texniki təminatına ağır zərbə kimi qiymətləndirilir.

Son hadisələr göstərir ki, Ukrayna Rusiya ilə müharibədə asimmetrik və strateji hədəfli yanaşma tətbiq edir. Moskva dərinliklərindəki hərbi-sənaye müəssisələrinin vurulması həm texniki zərər, həm də psixoloji və siyasi təsir baxımından əhəmiyyətlidir. Eyni zamanda, bu cür hücumlar Rusiya ictimaiyyətində təhlükəsizlik illüziyasını dağıdır və mərkəzi hakimiyyətin müharibə risklərini ölkə daxilində uzaq saxlaya bilmədiyini nümayiş etdirir. Yaxın aylarda Ukraynanın dron potensialı artdıqca, Rusiya ərazisində daha çox strategiya baxımından önəmli zavod və obyektlərin hədəf alınacağı ehtimalı güclənir. Bu isə Kremlin hava hücumundan müdafiə sistemlərinin iflic vəziyyətə düşəcəyindən xəbər verir. /AzPolitika.info/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 İyun 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri