Ukrayna Rusiyanın İrandan silah daşıyan gəmisini vurub
Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Həştərxan vilayətində dəniz limanına zərbələr endirib. Nəticədə İrandan Rusiyaya “Şahed” dronları üçün komponentlər daşıdığı iddia olunan gəmi vurulub.
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargah bildirir ki, Rusiyanın hava zərbələri endirmək imkanlarının azaldılması çərçivəsində Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər hissələri ilə birgə Olya (Rusiya Federasiyasının Həştərxan vilayəti) dəniz limanına atəş açıblar.
Qeyd olunur ki, limandan Rusiya tərəfindən İrandan hərbi malların çatdırılması üçün mühüm logistika məntəqəsi kimi istifadə edilir.
Baş Qərargah bəyan edib ki, İrandan gətirilən "Şahed" tipli PUA-nın komponentləri və döyüş sursatları ilə yüklənmiş “Port Olya 4” gəmisi vurulub.
ELÇİN
Bu mövzuda digər xəbərlər:Ukrayna Rusiyanın raket daşıyan gəmisini vurub
04 Oktyabr 2025 14:06
Ukrayna Rusiyanın hərbi gəmisini vurdu KONKRET
11 Sentyabr 2025 11:21
Ukrayna Rusiyanın desant gəmisini vurdu Video
25 Noyabr 2025 14:34
Ukrayna İrandan Rusiyaya Şahed dronları üçün hissələr daşıyan gəmini vurub
15 Avqust 2025 12:09
Ukrayna Rusiyanın 600 milyonluq sualtı gəmisini partlatdı
15 Dekabr 2025 20:48
Baxış sayı:69
Bu xəbər 15 Avqust 2025 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















