Icma.az
close
up
RU
Ukrayna savaşında Avropa zərbə aldı: qazanan isə odur!

Ukrayna savaşında Avropa zərbə aldı: qazanan isə odur!

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Əslində, Duginin dediklərində müəyyən həqiqətlər var. Belə ki, Avropada güclü nüfuz savaşı gedir və Ukrayna müharibəsi başlayanda bunun Rusiyaya yox, ABŞ-ın Avropaya qarşı olduğunu bildirmişdim. Çünki müharibənin bütün fəsadları ilə Avropa qarşı-qarşıya qalır və resursları xərclənir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev rusiyalı ideoloq Duginin ABŞ və Rusiyanın ”nizam-intizamının qüvvəyə mindiyi bir vaxtda” Avropanın kənarda qaldığı haqda fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ təkcə Avropanı zəiflətmir, həm də Rusiyanı bu bölgədən tamamilə uzaqlaşdırır və bunun nəticələri göz önündədir:

“Ukrayna müharibəsinin nəticəsi olaraq qiymət artımı, miqrant axını Avropanı çətin vəziyyətə salır, lakin bu prosesdən ABŞ faydalanır. Rusiyanın Avropaya satdığı qazın əvəzinə ABŞ öz sıxılmış qazını və silahlarını satır, hərbi istehsalını artırır. Faktiki olaraq ABŞ Avropanı öz himayəsinə girməyə məcbur edir və burada bazalarını gücləndirir. Bununla da Rusiya və AB arasında yaranmış strateji əməkdaşlığa zərbə vurur.

Almaniya kansleri Herhard Şröderin dövründə yaranmış və Angela Merkelin dönəmində müəyyən qədər inkişaf edən yaxınlaşma mövcud idi. Bu prosesdə Avropa iqtisadiyyatı əsasən ucuz Rusiya qazına söykənirdi. Almaniyanın iqtisadiyyatı sürətlə inkişaf edirdi. Lakin Ukrayna müharibəsindən sonra Almaniya iqtisadiyyatı zəifləyib, ixrac imkanları məhdudlaşıb, mənfi iqtisadi göstəricilər müşahidə edilir. Avropa iqtisadiyyatının əsas lokomotivi hesab edilən Almaniya ciddi zərbə alıb. Bütün bunlar Ukrayna-Rusiya müharibəsinin nəticəsi kimi qiymətləndirilə bilər”.

Politoloq hesab edir ki, ABŞ və Rusiya arasında yeni münasibətlər formalaşarsa, bu, Avropa Birliyində parçalanmalara səbəb ola bilər:

“Tramp açıq şəkildə bildirir ki, biz Rusiya ilə barışa bilərik. Ola bilsin, bu danışıqlar həm Rusiya, həm də ABŞ üçün sərfəli olsun. Amma bu halda ABŞ Ukraynaya çəkdiyi xərclərin əvəzinə ölkənin zəngin metalları və təbii sərvətlərini mənimsəyəcək. Ukraynanın yenidən qurulmasını isə AB öz üzərinə götürəcək. Nəticədə müharibədən yenə də ABŞ qazanc əldə edəcək, Avropa isə müharibənin fəsadlarını aradan qaldırmaq üçün maliyyə xərcləməli olacaq. Avropa bu ssenaridən qaçmağa çalışır. Bu səbəbdən Makron Ukraynaya silah göndərmək niyyətindədir, silahlı dəstələr yaradacaqlarını və hətta lazım gələrsə, döyüşə gedəcəklərini bildirir. Lakin Avropada vahid liderlik yoxdur. İqtisadi cəhətdən Almaniya, siyasi-hərbi baxımdan isə Fransa liderlik etməyə çalışır. Bu isə AB daxilində vahid mərkəzin formalaşmasına mane olur.

Son dövrlərdə AB nə Yaxın Şərqdə, nə də Ukrayna müharibəsində ciddi təsir imkanına malikdir. Demək olar ki, proseslərdən kənarda qalıb. Bu səbəbdən AB-nin mövqeyini bərpa etməsi çətin olacaq. Çinlə rəqabətdə də Avropa uduzur. Əvvəllər Avropa Çinə avtomobil ixrac edirdi, Çin isə Avropada ucuz mallarını satırdı. İndi isə vəziyyət dəyişib. Avropa Çinə avtomobil ixrac edə bilmir, əvəzində isə Çin ucuz avtomobillərlə həm daxili, həm də beynəlxalq bazarda Avropanı sıxışdırır.

Hesab edirəm ki, AB bu münaqişədən çıxış yolu axtarmalıdır. Əks halda, birlik daxilində parçalanmalar baş verəcək və hər ölkə öz maraqlarını ön plana çəkəcək. Böyük Britaniya kimi, Almaniya və Fransa da gələcəkdə milli maraqlarını qorumaq üçün AB-dən çıxış yolunu nəzərdən keçirə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Fevral 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri