Icma.az
close
up
RU
Ukrayna şəhəri ətrafında şiddətli döyüşlər gedir

Ukrayna şəhəri ətrafında şiddətli döyüşlər gedir

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Rusiya qoşunları Ukraynanın Pokrovsk şəhəri ətrafında şiddətli döyüşləri davam etdirir.
Reyting.az
“Reuters” agentliyinə istinadla xəbər verir ki, Ukrayna qüvvələrinin müqavimətinə baxmayaraq, şəhərin mümkün mühasirəsi və ya ələ keçirilməsi Rusiyaya şərqdən müxtəlif istiqamətlərdə növbəti hücumlar üçün üstünlük qazandıra və müharibənin kritik məqamında Kiyevə əlavə təzyiq göstərə bilər.
Pokrovsk rəhbərinin sözlərinə görə, müharibədən əvvəlki 60 min nəfərdən cəmi 7 mini qalıb. Şəhərdəki sonuncu poçt şöbəsi bu yaxınlarda fəaliyyətini dayandırıb və indi poçtun çatdırılması zirehli maşınla həyata keçirilir.
Bildirilir ki, Rusiya qoşunları Ukrayna ərazisindən şərqdən qərbə keçən kritik magistral yola yaxınlaşıb. Davamlı atəş təhdidlərinə görə, əksər nəqliyyatlar indi Pokrovska təhlükəsiz daxil olmaq üçün yan keçid marşrutlarından istifadə edir. Son günlər Rusiya qüvvələri Dneperin əsas logistika qovşağından şəhərə daxil olan əsas dəmir yolu xəttinə də çatıb.
Ukrayna Silahlı Qüvvələrinin Pokrovsk istiqamətini müdafiə edən 59-cu desant-hücum briqadası komandirinin müavini deyib ki, vəziyyət ağırdır, ruslar daim piyadalarla hücuma keçir.
Əsgərlərdən biri isə bildirib ki, ruslar əhəmiyyətli say üstünlüyünə malikdirlər, kiçik qruplar şəklində hücum edirlər, böyük itkilərə hazırdırlar, pilotsuz təyyarələrin zərbələrindən yayınmaq üçün ərazi və zəif görmə qabiliyyətindən məharətlə yararlanırlar.
Qeyd edək ki, Pokrovsk öz infrastrukturu sayəsində cəbhənin böyük hissəsi boyunca Ukrayna qoşunlarının təchizatında mühüm rol oynayır. Lakin bu funksiya son vaxtlar Rusiya artilleriyası və pilotsuz təyyarələr təhlükəsi səbəbindən məhdudlaşdırılıb.
Vaşinqtondakı Karnegi Fondunun baş elmi işçisi Maykl Kofmanın sözlərinə görə, Pokrovskın ələ keçirilməsi Rusiyaya yeni irəliləyişlər etməyə imkan verə bilər: “Bu, Rusiya qüvvələrini Dnepropetrovsk bölgəsinə potensial irəliləyiş üçün hazırlayır. Sonra onlar öz logistikalarını yaxşılaşdıra bilərlər. Bu da onlara qərbə doğru irəliləməyə imkan verəcək”.
Bu arada, ABŞ Prezidenti Donald Trampın münaqişənin sülh yolu ilə həlli üçün təzyiqi altında Rusiyanın regionun bir hissəsinə potensial nəzarəti onun danışıqlar mövqeyini gücləndirə bilər.
Ukrayna ordusunun sözçüsü Viktor Trequbovun fikrincə, Rusiya qüvvələri Pokrovsk şəhərini qərbdən qabaqlamağa çalışır, bu, birbaşa hücumlar və küçə döyüşləri ilə bağlı şəhərlərə əvvəlki hücumlardan fərqlidir.
“Reuters”-ə danışan üç hərbi ekspert hesab edir ki, Rusiya şəhəri ələ keçirdikdən sonra iki əsas istiqamətdə hərəkət edə bilər:
Birincisi, əhəmiyyətli istehkamların olmadığı Dnepropetrovsk vilayətinin seyrək məskunlaşan düzənliklərinə doğru qərbə doğru irəliləmək.
İkincisi, Donetsk vilayətinin Ukraynanın nəzarətində olan ən böyük sənaye şəhərləri - Kramatorsk və Slavyansk üçün təhlükə və şimala doğru hərəkət.
Onu da qeyd edək ki, bazar günü prezident Vladimir Zelenski Quru Qoşunların komandanı Mxailo Drapatiyni Pokrovsk da daxil olmaqla cəbhənin əhəmiyyətli hissəsinə nəzarət edən strateji komandanlığa rəhbər təyin edib.
E.KAMAL

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://reyting.az
archiveBu xəbər 31 Yanvar 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri