Ukrayna sərhədçiləri ruslara “tələ” qurdu: İki gündə 15 rus hərbçisi əsir düşdü
Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Sərhəd Xidməti Rusiya tərəfindən sərhəddi keçərək, ölkə ərazisində təxribat törətmək istəyən işğalçıların qarşısını alıb. Tribunainfo.az xəbər verir ki, Pokrovski istiqamətində sərhəd komendantının çevik reaksiyası zamanı Ukrayna Dövlət Sərhəd Xidmətinin Çerniqov dəstəsinin əsgərləri Rusiyanın hücumunu dayandırıb və doqquz işğalçını əsir götürüb.
Məlumatda bildirilir ki, ruslar kiçik qruplarla hücuma keçməyə cəhd göstəriblər. Onların arasında həm fanatik Kreml təbliğatının tərəfdarları, həm də sırf pul uğrunda vuruşan muzdlular olub”.
Xatırladaq ki, iki gün öncə Ukrayna Dövlət Sərhəd Xidməti rusların daha bir hücumunu dəf edərək, 6 rusiyalını əsir götürmüşdülər.
Fərda Uğur

Kurskda 22 Ukrayna əsgəri ruslara əsir düşdü
28 Noyabr 2024 11:30
“ABŞ Ukrayna danışıqları Avropa üçün tələ oldu”
16 Mart 2025 14:47
Ruslara əsir düşən Ukrayna əsgərləri danışırlar ki...
28 May 2025 00:25
35 Ukrayna hərbçisi ruslara təslim olub
07 Mart 2025 14:03
Qəssam Briqadaları İsrail əsgərlərinə tələ qurdu
25 İyun 2025 10:17

