Icma.az
close
up
RU
Ukrayna Silahlı Qüvvələri azərbaycanəsilli keçmiş məmurun səfərbərliyini ləğv edib

Ukrayna Silahlı Qüvvələri azərbaycanəsilli keçmiş məmurun səfərbərliyini ləğv edib

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələri rüşvətxorluqda şübhəli bilinən Dövlət Fiskal Xidmətinin (DFX) sabiq rəhbəri, azərbaycanəsilli Roman Nəsirovun səfərbərlik əmrini ləğv edib. Onun hərbi xidmətə çağırılmasının qanuniliyi ilə bağlı xidməti araşdırmalara başlanılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidməti öz "Facebook" səhifəsində məlumat verib.

Qurumun bəyanatında bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidməti tərəfindən keçmiş yüksək rütbəli məmur Roman Nəsirovun məhkəmə prosesi çərçivəsində hərbi xidmətə çağırılması faktı ilə bağlı KİV-də yayılan xəbərlə bağlı xidməti araşdırma aparır.

Həmçinin qeyd olunub ki, belə bir araşdırma Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmrinə uyğun olaraq başlayıb.

Hərbi Hüquq-Mühafizə Xidmətindən verilən məlumata görə, ilkin olaraq müəyyən edilib ki, ehtiyatda olan əsgər Nəsirov xüsusi müddətə səfərbərlik zamanı Ukrayna Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətə çağırılıb.

"Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmət etmək arzusunu könüllü şəkildə bildirmiş çağırışçının hərbi xidmətə çağırılması A0139 saylı hərbi hissənin döyüş hissəsi komandirinin 07.04.2025-ci il tarixli əmri ilə həyata keçirilib", - deyə məlumatda qeyd edilib.

Bundan əlavə, ilkin olaraq müəyyən edilib ki, komandir əmri qanunsuz hesab edib və onu ləğv edib.

"Vəzifə səlahiyyətlərindən mümkün sui-istifadə halları ilə bağlı istintaq materialları Ukraynanın mövcud qanunvericiliyinə uyğun olaraq lazımi hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına veriləcək", - deyə Hərbi Hüquq-Mühafizə Xidmətindən bildirilib.

Eyni zamanda qeyd olunub ki, Nəsirovun xidmət etdiyi A0139 saylı hərbi hissə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlıq Mərkəzinə tabedir və onun bölmələri digər hərbi birləşmələrlə birlikdə Rusiya-Ukrayna müharibəsinin bütün illəri ərzində bilavasitə döyüş əməliyyatlarında iştirak edirlər.

Xatırladaq ki, Dövlət Fiskal Xidmətinin keçmiş sədri Roman Nəsirov 2017-ci ildə iş adamı Oleq Baxmatyukdan 722 milyon qriven rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Keçmiş məmur barəsində 100 milyon qriven məbləğində girov qoyulması imkanı ilə həbs qətimkan tədbiri seçilib. Nəsirov bir neçə gün sonra istintaq təcridxanasından girov müqabilində buraxılıb.

Onu da xatırladaq ki, 2022-ci ilin oktyabrında Ali Antikorrupsiyaya Məhkəməsi Nəsirov barəsində 523,2 milyon qriven məbləğində girov qoyulması imkanı ilə yenidən həbs qətimkan tədbiri seçib.

Ötən ilin mayında Nəsirov yenidən girov müqabilində azadlığa buraxılıb.

Artıq aprelin 9-da Roman Nəsirovun məhkəmə debatları mərhələsində Ukrayna Silahlı Qüvvələrində xidmət etməyə başladığı və buna görə də məhkəməyə gəlmədiyi barədə məlumatlar yayılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Aprel 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri