Ukrayna Silahlı Qüvvələri Qara dənizdə təxribat törətməyə cəhd etdi
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Silahlı Qüvvələri Qara dənizdə Odessadan Tarxankut burnu istiqamətində təxribat törətməyə cəhd edib.
Redaktor.az xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Departament qeyd edib ki, Krım sahillərindən 72 km aralıda Ukrayna qayıqlarından biri “Lancet” markalı döyüş sursatının ekipajı tərəfindən vurulub.
Bundan əvvəl general-mayor Vladimir Popov bildirmişdi ki, Odessa vilayətinin İzmail limanında Triton neft terminalına zərbə endirdiyi üçün Ukrayna qoşunları hücum təşkil edə bilməyəcək.
Onun sözlərinə görə, bu zərbə nəticəsində Ukrayna Silahlı Qüvvələri xeyli itki verib. Hərbçilər əlavə edib ki, rus qırıcıları Ukrayna ordusunun obyektlərinə zərbələr endirir və bu, qoşunların fəaliyyətinə təsir göstərir.
Aminə Şahsuvarqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 20 Avqust 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















