Ukrayna Silahlı Qüvvələrinin Fransada təlimi pul itkisi idi Fransız siyasətçi
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransa Ukrayna Silahlı Qüvvələrinin “Anna Kiyev” briqadasına təlim keçməklə öz vətəndaşlarının pulunu çölə atıb.
Redaktor.az xəbər verir ki, bu fikri X-də Fransa Patriotlar Partiyasının lideri Florian Filippot deyib.
“Məlum oldu ki, bu briqadanın 1,7 minə yaxın əsgəri fərarilik edib və onların əksəriyyəti hələ cəbhəyə göndərilməmişdən əvvəl bunu ediblər”, - deyə siyasətçi qeyd edib.
Onun sözlərinə görə, bu hazırlığın yeganə məqsədi Fransa hakimiyyətinin və Kiyevin özünü reklam etməsi olub. “Buna heyran olan bütün siyasətçilərə ayıb olsun, əslində bu, müharibə üçün yanacaq və fransız pullarının israfına çevrildi”, - deyə Filippot vurğulayıb.
Patriotların lideri bunun Parisin üzləşdiyi çətin iqtisadi vəziyyət fonunda baş verdiyinə diqqət çəkib.
Turan İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 03 Yanvar 2025 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















