Ukrayna “Starlink” mobil internet xidmətini istifadəyə verən ilk Avropa ölkəsi olacaq
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 10 iyul, AZƏRTAC
Ukrayna 2026-cı ilin ortalarında “Starlink” mobil rabitə xidmətlərini təklif edəcək ilk Avropa ölkəsi olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Kiyevstar” operatorunun baş direktoru Aleksandr Komarov məlumat verib.
2024-cü ilin sonunda ABŞ-ın “SpaceX” geniş şəbəkəli kommersiya qrupu ilə bağlanmış saziş çərçivəsində sahə sınaqları artıq başlayıb. Bu saziş İlon Maskın şirkətinə Ukraynada birbaşa peykdən mobil şəbəkəyə qoşulma xidmətlərini istifadəyə verməyə imkan yaradacaq.
Birbaşa bağlantı funksiyasına malik cihazlar modemlərlə təchiz olunmuş peyklərə qoşulur. Bu peyklər kosmosdan birbaşa smartfonlara telefon siqnallarını ötürərək mobil rabitə qüllələri kimi fəaliyyət göstərir.
Bu texnologiya sayəsində Ukraynanın ən ucqar və çətin əlçatan bölgələrində də yüksəksürətli internet və mobil rabitə xidmətlərindən istifadə etmək mümkün olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 10 İyul 2025 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















