Ukrayna sülh əldə olunarsa, 2026 cı ildə keçiriləcək seçkilərə hazırlaşır
Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna hakimiyyəti sülh əldə olunacağı təqdirdə 2026-cı ildə prezident seçkilərini keçirməyə hazırlaşır.
Doğru.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Məqalədə qeyd olunur ki, potensial rəqiblər artıq nüfuzdan düşməyə başlayıblar və prezident Volodimir Zelenski ilə onun komandası hakimiyyəti inhisara almaq üçün münaqişədən istifadə edir.
Nəşrin iddiasına görə, bu vəziyyət ölkədə demokratiyaya təhdid yaradır. Müxalifət hesab edir ki, hökumət opponentləri korrupsiya və ya Rusiya ilə əlaqədə ittiham etməklə onları siyasi arenadan uzaqlaşdırmağa çalışır.
Məqalədə “Ukrenerqo”nun keçmiş rəhbəri Volodimir Kudritskinin həbsi buna nümunə kimi göstərilir. Müxalifətə görə, hakimiyyət atəşkəs əldə olunacağı halda gələn il keçiriləcək seçkilərə hazırlıq çərçivəsində rəqibləri gözdən salmaq üçün hüquqi prosedurlardan daha çox istifadə edəcək.
Ukrayna müxalifətinə istinadən nəşr yazır:
“Onlar məhkəmələrdən rəqibləri təmizləmək və ədalətsiz seçkilər keçirmək üçün vasitə kimi istifadə edirlər.”
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bəyan etmişdi ki, Zelenski Ukraynada faktiki olaraq hərbi diktatora çevrilib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 01 Noyabr 2025 21:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















