“Ukrayna suveren ölkə deyil, tamamilə Qərbdən asılıdır” Orban
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ukrayna müstəqil və suveren ölkə deyil, çünki o, tamamilə Qərb ölkələrindən asılıdır”.
Yeniavaz.com xəbər verir ki, bunu “Harcosok órája” podkastına danışarkən Macarıstanın Baş naziri Viktor Orban deyib.
O bildirib ki, Avropa İttifaqı və NATO-nun dəstəyi olmasa, Ukrayna artıq bitəcəkdi.
Qeyd edək ki, Kiyev etdiyi Macarıstan pilotsuz təyyarələrinin Ukrayna hava məkanını pozduğunu iddia edir. Bu iddia Macarıstan və Ukrayna arasında hələ də davam edən mübahisə başladıb.
Orban bunun baş vermədiyini, amma həqiqət olsa belə, bunun heç bir əhəmiyyəti olmayacağını deyib:
“Deyək ki, onlar bir neçə metr uçdular, aha, nə olsun? Ukrayna müstəqil, suveren ölkə deyil. Bizim dəstəyimizlə mövcuddurlar. Suveren kimi davranmamalıdırlar”.
Macarıstanın baş naziri Ukraynanın tamamilə Qərbin maliyyə dəstəyindən asılı olduğunu bildirib.
Ukraynanın xarici işlər naziri Andriy Sibiq isə qeyd edib ki, Orban faktiki olaraq Macarıstan pilotsuz təyyarələrinin Ukrayna ərazisinə uçduğunu etiraf edib. O, Orbanın Rusiya təbliğatının təsiri altında qaldığını deyib və bunun mənfi hal olduğunu qeyd edib.
“Orban ABŞ prezidenti Donald Tramp və avropalı tərəfdaşların dəfələrlə vurğuladığı kimi, Rusiya enerjisindən asılılıqdan qurtulduqdan sonra suverenlikdən danışmalıdır”.
Bu mövzuda digər xəbərlər:Ukrayna Qərbdən 120 milyard dollar istəyir
03 Dekabr 2024 00:06
Ukrayna Qərbdən 60 milyard dollar ala bilər
22 İyul 2025 12:36
Boris Conson: Ukrayna Qərbdən təhlükəsizlik zəmanəti almalıdır
09 Fevral 2025 15:12
Ukrayna Qərbdən 250 yeni təyyarə almağı planlaşdırır
28 Oktyabr 2025 13:20
Ukrayna HHM sistemlərinin istehsalı üçün Qərbdən lisenziyalar alacaq
29 Mart 2025 03:25
Baxış sayı:74
Bu xəbər 30 Sentyabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















