Icma.az
close
up
RU
Ukrayna tərəfi rusların “Matryoşka” taktikasına əl atdıqlarını iddia edirlər...

Ukrayna tərəfi rusların “Matryoşka” taktikasına əl atdıqlarını iddia edirlər...

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin ekspertləri təfərrüatları açıqlayıb...

...Rusiya xüsusi xidmət orqanları anonim hesablar şəbəkəsi vasitəsilə saxtakarlıq kampaniyasına başlamaqla sülh təşəbbüslərini gözdən salmaq üçün informasiya əməliyyatını gücləndiriblər.

...Əsas məqsəd Ukraynaya etimadı sarsıtmaq və Moskvanın danışıqlardan imtinasına haqq qazandırmaqdır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

...Deməli, iddialara görə, Vladimir Putin danışıqlar üçün İstanbula gəlmək dəvətinə məhəl qoymadıqdan sonra Kreml hibrid müharibənin sübut edilmiş alətini kütləvi dezinformasiyanı işə salıb...

Analitiklər “X” və “BlueSky” şəbəkə platformalarında saxta məzmun yayan əlaqələndirilmiş hesablar şəbəkəsi olan “Matryoşka” bot fermasının aktivliyinin kəskin artdığını qeyd edirlər.

Deyilənlərə görə, “Matryoşka”nın əsas taktikası sosial şəbəkələrdə saxta hesablardan istifadə etməkdir.

Bu botlar real görüntülərin yaradılan səslər tərəfindən səsləndirildiyi redaktə edilmiş videolar yerləşdirir.

...Bu cür videolar etibarlı sübut kimi təqdim olunur və guya abunəçisi, eləcə də fəaliyyəti demək olar ki, olmayan yeni səhifələrdən nəşrlər hazırlanır.

Kütləvi işə salınma və koordinasiya sayəsində dezinformasiya sürətlə İnternetdə yayılır və Kremlyönlü povestə dəstək illüziyası yaradır.

Yenə də iddialara görə, kampaniyanın əsas hədəfləri Ukrayna prezidenti və Ukrayna rəhbərliyi olur.

Və bundan əlavə, Qərb mediasının saxta səhifələrində də yalan materiallar yerləşdirilir.

Belə ki, saxta “The National” internet saytında Zelenskinin “Putin yalvarmağa hazır olması” barədə sitatlar dərc edilir, “The Independent”in saxta səhifəsində isə Kremlin “Ukraynanın qeyri-legitim prezidenti ilə dialoqa girmək üçün heç bir əsası olmadığı” bildirilir.

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 May 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see427

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see133

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri