“Ukrayna təslim olmayacaq!” Zalujnı müharibənin davam edəcəyini deyir
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda bu ölkənin Böyük Britaniyadakı səfiri olan Valeri Zalujnı Londondakı katolik kilsəsində çıxışı zamanı ölkəsinin Rusiya ilə müharibəni davam etdirəcəyini bəyan edib.
Turkustan.az xəbər verir ki, bu barədə “NV” nəşri məlumat yayıb.
“Ukrayna təslim olmayacaq”, - deyə Zalujnı bildirib. O, həmçinin Qərb ölkələrini Ukraynaya yardımı davam etdirməyə çağırıb.
Qeyd edək ki, Zalujnı Zelenskinin mümkün varislərindən birincisi hesab olunur. Fevralın sonunda keçirilən sorğular ukraynalıların 70 faizindən çoxunun Zalujnını dəstəklədiyini göstərir. Hətta Vladimir Putin də Zalujnının reytinqinin Zelenskidən iki dəfə yüksək olduğunu deyib. /AzPolitika.info/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 28 Fevral 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















