Icma.az
close
up
RU
“Ukrayna tez hərəkət etməlidir, yoxsa Rusiya fikrindən dönəcək“ Tramp

“Ukrayna tez hərəkət etməlidir, yoxsa Rusiya fikrindən dönəcək“ Tramp

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Vaşinqtondan təzyiq, Kiyevdən ehtiyatlı mövqe və Qərbdən yeni zəmanət mexanizmləri...

ABŞ prezidenti Donald Tramp Ukraynanı sülh danışıqları ilə bağlı "vaxt itirməməyə" çağırıb.

Moderator.az xəbər verir ki, bu barədə "Clash Report" nəşri məlumat yayıb.

"Ukrayna tez hərəkət etməlidir"

Trampın sözlərinə görə, tərəflər artıq müəyyən razılaşmaya "yaxındır", lakin proses uzandıqca Moskvanın mövqeyi tez-tez dəyişir. Tramp Floridada planlaşdırılan görüşə toxunaraq, Rusiyanın danışıqlarda iştirak etdiyini və Kiyevin buna sürətli cavab verməli olduğunu bildirib.

Eyni zamanda Tramp Konqreslə bağlı suallara cavabında xarici əməliyyatlarla bağlı qərarlarını ayrıca razılaşdırmağa borclu olmadığını deyib və əsas narahatlığının məlumat sızmaları olduğunu vurğulayıb.

 "Yaxşı razılaşma olmayacaq"

Ukrayna parlamentindəki "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya isə mümkün razılaşmaya daha pessimist yanaşır. Onun fikrincə, Rusiya ilə əldə edilə biləcək saziş ya "pis", ya "çox pis" olacaq, ya da ümumiyyətlə olmayacaq. Araxamiya bildirib ki, real şans yalnız ABŞ-ın fəal iştirakı ilə mümkündür, əks halda münaqişə hərbi yolla davam edəcək.

O, Donbas məsələsində Kiyevin "qırmızı xəttinin" dəyişməz qaldığını deyib və təhlükəsizlik zəmanətlərinin kağız üzərində deyil, konkret silah, ordu potensialı və maliyyə mexanizmləri ilə təsbit olunmasının vacibliyini vurğulayıb.

ABŞ və Avropadan Ukrayna üçün təhlükəsizlik zəmanətləri

"Bloomberg" nəşrinin məlumatına görə, ABŞ və Avropa ölkələri Ukrayna üçün çoxpilləli və sərt təhlükəsizlik zəmanətləri planı üzərində razılığa gəlib. Plana əsasən, 800 minlik Ukrayna ordusu müharibədən sonrakı dövrdə əsas çəkindirmə qüvvəsi olacaq, Qərb isə silah, kəşfiyyat və monitorinq dəstəyi verməyə davam edəcək.

Nəşr yazır ki, Avropa ölkələrinin çoxmillətli qüvvələri cəbhə xəttindən kənarda yerləşdirilə bilər, ABŞ isə razılaşmanın pozulması halında sürətli diplomatik və hərbi dəstək mexanizmlərini işə sala bilər. Bu zəmanətlərin NATO-nun 5-ci maddəsinə bənzədiyi bildirilir. Prezident Vladimir Zelenski də Vaşinqtondan hüquqi cəhətdən məcburi zəmanətlər əldə etdiyini açıqlayıb.

Bununla belə, "Bloomberg" vurğulayır ki, Vladimir Putin hələlik ərazi güzəştləri və xarici qüvvələrin iştirakı ilə bağlı heç bir kompromisə hazır olduğunu göstərmir. Tramp isə müharibənin bitməsi üzrə razılaşmanın "indiyə qədər heç olmadığı qədər yaxın" olduğunu iddia edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Dekabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri