Icma.az
close
up
RU
UKRAYNA TRAMPLA ORBANIN ARASINDA QALIB Avropa isə kənardan baxır

UKRAYNA TRAMPLA ORBANIN ARASINDA QALIB Avropa isə kənardan baxır

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyanın diqqəti İranda baş verən hadisələrə yönəldiyi bir vaxtda Avropa hökumətləri iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammitini gözləyir. Bu sammitdə Ukrayna üçün mühüm hadisələr və qərarlar gözlənilsə də, Macarıstanın Baş naziri Viktor Orban həmuin gözləntiləri sual altına almaqdadır.

Artıq dünəndən artıq Avropa İttifaqı(Aİ) Xarici Əlaqələr Şurası toplaşır. İyunun 26-27-də isə Avropa Şurasının iclası, yəni Aİ sammiti nəzərdə tutulub.

Aİ Şurasının gündəliyinə isə təkcə Rusiyaya qarşı 18-ci sanksiyalar paketi deyil, həm də ona qarşı əvvəllər təsdiq edilmiş bütün sektoral iqtisadi sanksiyaların müddətinin uzadılması daxildir. Onların müddəti iyulun 31-də başa çatır və həmin vaxta qədər Aİ onların saxlanılması ilə bağlı yekdil razılığa gəlməlidir. Buna qurumun bütün üzvləri səs verməlidir.

Bu arada Aİ-nin baş diplomatı Kaja Kallasın ilin sonuna qədər Ukrayna ordusunu 2 milyon mərmilə təmin etmək təşəbbüsü fonunda Aİ-nin Ukraynaya gələcək hərbi dəstək haqqında yeni bəyanatı da gözlənilir. Qeyd edək ki, Kallas bu gün Aİ-nin Ukraynaya vəd etdiyi 2 milyon artilleriya mərmisinin 80 faiz təmin olunduğunu bəyan edib.

Bununla belə, Kiyevi narahat edən və sammitdə nəzərdən keçirilməli olan başqa bir məsələ – Polşanın sədrliyi dövründə Ukraynanın Aİ-yə daxil olmasına dair danışıqlarda klasterlərin açılması məsələsi var. Ancaq bu, hələlik real görünmür və bu da Kiyevi Aİ-yə getdiyi yolunu əngəllədiyi üçün olduqca narahat edir. Bunun əsas səbəbkarı isə Macarıstan və Baş nazir V.Orbandır. Çünki klasterlərin açılmasını Macarıstanın bloklayacağı gözlənilir. Odur ki, Kiyevin əlinə çatacaq yalnız maksimum 26 Aİ-yə üzv dövlətin ümumi bəyanatıdır. Hətta bu siyahıda belə Macarıstan olmayacaq.

Rusiyaya qarşı sanksiyaların saxlanmasına gəlincə, burada ümid yalnız ABŞ Prezidenti Donald Trampadır. Belə ki, 2025-ci ilin əvvəlində məhz Tramp administrasiyası Orbanı Rusiyaya qarşı sanksiyaların saxlanmasına səs verməyə məcbur etmişdi. İndi də bu məsələdə Brüsselin və Kiyevin ümidi Trampadır. Onlar gözləyir ki, Vaşinqton yenidən Orbanı Rusiyaya qarşı sanksiyaları saxlamağa məcbur edəcək.

Trampın mövqeyi Aİ-nin Rusiya əleyhinə sanksiyalarının 18-ci paketinin məzmununa da təsir edəcək. Belə görünür ki, Brüsselin əvvəlki bəyanatlarına baxmayaraq, bu sanksiyalar Rusiya neftinin maksimum alış qiymətinin bir barel üçün 60 dollardan 45 dollara endirilməsini özündə ehtiva etməyəcək. ABŞ hesab edir ki, neft bazarındakı indiki ajiotaj nəzərə alınmaqla, indi bu qiymət həddinin qoyulması üçün uyğun vaxt deyil və belə görünür ki, Avropa da bu məsələdə Vaşinqtonla mübahisə etmir.

Beləliklə, nə qədər acınacaqlı mənzərə olsa da, Ukraynanın Aİ üzvlüyü perspektivinin də, Qərbin Rusiyaya sanksiyalarının da taleyi Trampla Orbanın əlindədir. Kiyevin və Avropanın isə kənardan durub baxmaqdan başqa demək olar, əlindən heç nə gəlmir…

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 İyun 2025 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri