Icma.az
close
up
RU
“Ukrayna üçün qələbə, sadəcə torpaq deyil, varlığın qorunmasıdır“ Zelenski

“Ukrayna üçün qələbə, sadəcə torpaq deyil, varlığın qorunmasıdır“ Zelenski

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Rusiya Donbası tam işğal etsə, növbəti hədəf Xarkov və Dnepr olacaq..."

Ukrayna prezidenti Vladimir Zelenski Donbas uğrunda mübarizənin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ABŞ-a ilin sonuna qədər bütün Donetsk vilayətini ələ keçirəcəyini söyləyib.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın "ABC News" kanalına geniş müsahibəsində bəyan edib.

Donbasın taleyi və Putinin planları

Zelenski belə bir planın reallıqdan uzaq olduğunu deyərək, bunun üçün Kreml milyonlarla insanın həyatını qurban verməli olacağını bildirib. O, xatırladıb ki, Moskva Donbasın 70 faizini ələ keçirdiyi barədə yanlış təbliğat aparır: "Əslində 11 il əvvəl Krımı və Donbasın üçdə birini işğal ediblər. Son dörd ildə isə Donetsk vilayətinin yalnız  30 faizini ala biliblər. Qalan əraziləri biz hələ də qoruyuruq". Prezident həmçinin xəbərdarlıq edib ki, əgər Rusiya Donbası tam işğal etsə, növbəti hədəf Xarkov və Dnepr olacaq: "Xarkovda bir milyon yarım insan yaşayır. Onlar öz şəhərlərini tərk etməyəcəklər. Bu, böyük faciəyə çevrilə bilər. Dnepr isə ölkənin sənaye ürəyidir, iqtisadiyyatımızın dayağıdır".

"Ukrayna ordusunun təlimləri ölkə daxilində olmalıdır"

Zelenski Ukrayna Silahlı Qüvvələrinin güclənməsini ölkənin əsas təhlükəsizlik təminatı adlandırıb. Onun sözlərinə görə, artıq xaricdə keçirilən təlimlər səmərəli olmur, çünki döyüşçülər geri qayıtdıqdan sonra yenidən öyrədilməlidir: "Bu, tamamilə yeni müharibədir. Çoxlu texnologiya var və hər şey sürətlə dəyişir. Bizim əsgərlərimiz indi Avropa və ABŞ-dakı tərəfdaşlarımızdan daha çox döyüş təcrübəsinə sahibdir. Ona görə də təlim missiyaları məhz Ukraynada keçirilməlidir". ABŞ və Avropa ölkələri indiyədək on minlərlə ukraynalı hərbçini hazırlayıb. Lakin Zelenski hesab edir ki, gələcəkdə tədris prosesinin ölkə daxilində təşkili vacibdir.

Ukrayna üçün qələbənin mənası

Prezidentin fikrincə, Ukrayna üçün qələbə, sadəcə Rusiya ilə razılaşmaya getmək deyil, onun bütün ölkəyə nəzarətinin qarşısını almaqdır. "Putinin məqsədi Ukraynanın tam işğalıdır. Biz yaşadığımız müddətdə, müstəqilliyimizi qoruduğumuz müddətdə bu artıq qələbədir", - Zelenski bildirib. O, həmçinin Putinin danışıqlar üçün Moskvaya gəlmək təklifini rədd edərək, belə bir görüşün yalnız neytral məkanda baş tuta biləcəyini açıqlayıb. Zelenski eyni zamanda ABŞ prezidenti Donald Trampın vasitəçiliyini də istisna etməyib.

"Bufer zona" ideyasına etiraz

Son zamanlar Qərbdə və Moskvada Ukrayna ilə Rusiya arasında "bufer zona" yaradılması müzakirə olunur. Zelenski isə bu ideyanı sərt tənqid edib: "Bizim artıq öz "bufer zonamız" var, bu, 10-20 kilometrlik ölüm sahəsidir. Hər hansı tank, maşın, motosiklet ora daxil olduqda dronlar tərəfindən məhv edilir. Ona görə də yeni bufer zona yaratmaq, sadəcə səhvdir".

O, bildirib ki, belə təşəbbüslər Ukraynanın təhlükəsizliyini möhkəmləndirmir, əksinə, Rusiyanın növbəti ekspansiyası üçün fürsət yaradır. Zelenskinin müsahibəsi Ukraynanın bu gün qarşılaşdığı reallığı açıq şəkildə göstərir: Donbas uğrunda döyüş təkcə torpaq mübarizəsi deyil, həm də ölkənin gələcəyi və müstəqilliyi uğrunda savaşdır. Qələbə Ukraynanın yaşaması, məğlubiyyət isə dövlətin tamamilə yox olması deməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2052

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see224

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see205

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see164

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see159

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see137

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see129

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see128

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri