Ukrayna üçüncü dəfə Xəzərdəki Rusiya enerji infrastrukturuna hücum edib
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatları bir həftə ərzində üçüncü dəfə Xəzər dənizindəki Rusiya neft hasilatı platformalarına zərbə endirib.
Moderator.az xəbər verir ki, bu barədə "RBK-Ukraina" mənbələrə istinadən məlumat yayıb.
Bu dəfə "Alfa" xüsusi əməliyyatlar mərkəzinin uzaqmənzilli dronları "Lukoil-Nijnevoljskneft" şirkətinin Korçagin yatağındakı platformasını vurub. Hücum nəticəsində avadanlıq zədələnib və obyektin istehsal prosesi dayandırılıb.
Bundan əvvəl, 11 və 12 dekabrda dronlarla Filanovski və Korçagin yataqlarındakı platformalara hücum edilib. Filanovski yatağı Rusiyanın və onun Xəzər dənizi sektorunun ən iri yataqlarından biridir: ehtiyatları 129 milyon ton neft və təxminən 30 milyard kubmetr qaz olaraq qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 15 Dekabr 2025 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















