Ukrayna üzrə danışıqların qaranlıq taleyi Zelenskidən görüş məkanı ilə bağlı açıqlama
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"ABŞ İranla bağlı baş verənlərin fonunda Ukrayna böhranının tənzimlənməsinə dair danışıqların Birləşmiş Ştatların ərazisində keçirilməsini təklif edir".
Oxu.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə verdiyi müsahibədə bildirib.
Dövlət başçısının sözlərinə görə, Kiyev Vaşinqtonun bu təşəbbüsünü qəbul edir, ancaq Rusiya tərəfi Amerika Birləşmiş Ştatlarına getməkdən qətiyyətlə imtina edir:
"İranda cərəyan edən müharibəyə görə Amerika tərəfi hər iki dövləti ABŞ-də qəbul etmək niyyətində olduğunu bildirdi. Biz öz iştirakımızı təsdiq etdik, lakin ruslar belə bir formatın əleyhinədir. Bu səbəbdən də hələlik diqqətimizi Amerikaya cəmləməyə çalışır, tarix və məkan təklif edirik. Ukrayna istənilən tarixi və yeri dəstəkləməyə hazırdır, lakin Rusiyanı qəti şəkildə dəstəkləməyəcək".
Eyni zamanda, Zelenski müsahibəsində qeyd edib ki, İrandakı hərbi vəziyyətə rəğmən Ukrayna və Rusiya danışıqlar qrupları amerikalı rəsmilərlə gündəlik əlaqədədirlər.
Xatırladaq ki, fevralda Ukrayna-Rusiya-ABŞ üçtərəfli danışıqları Cenevrədə Oman səfirliyində keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 18 Mart 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















