Ukrayna və ABŞ arasında mineral resurslarla bağlı sazişin mübahisəli müddəası razılaşdırılıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Ukrayna və ABŞ arasında mineral resurslar üzrə hazırlanan razılaşmada, sənəd imzalanmazdan əvvəl göstərilən Amerika yardımlarının nəzərə alınmaması barədə razılıq əldə edilib.
APA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıhal "Telegram" kanalında məlumat yayıb.
Şmıhalın sözlərinə görə, o, bu məsələni ABŞ maliyyə naziri Skott Bessentlə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Bahar Toplantıları çərçivəsində müzakirə edib.
Baş nazir qeyd edib ki, razılaşma üzərində hüquq komandaları işləyir və artıq ciddi irəliləyiş əldə olunub:
"Əsas odur ki, öz qırmızı xətlərimizi dəqiqləşdirdik. Razılaşma həm Avropa öhdəliklərinə uyğun olmalı, həm də Ukraynanın Konstitusiyasına və qanunvericiliyinə zidd olmamalıdır. Sənəd parlament tərəfindən ratifikasiya olunmalıdır. Əldə edilən razılaşmaya əsasən, sənədə imzadan əvvəl verilən yardım daxil edilməyəcək."
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 28 Aprel 2025 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















