Ukrayna və Aİ ticarət şərtlərinin yenilənməsini təsdiqləyib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna–Aİ Assosiasiya Komitəsinin ticarət üzrə tərkibi Ukraynanın kənd təsərrüfatı məhsullarının Avropa İttifaqına ixracı üzrə tariflərin bir hissəsinin ləğvi və kvotaların artırılması barədə qərarı təsdiqləyib.
APA xəbər verir ki, bu barədə məlumatı Avropa və Avroatlantik inteqrasiya üzrə vitse-prezident Taras Kaçka "Facebook" səhifəsində yayıb.
Yeni saziş 2025-ci ilin iyun ayında qüvvəsi bitmiş “vizasız ticarət rejimi”ni əvəz edəcək.
Kaçkanın sözlərinə görə, qərar 15 gün sonra, yəni 29 oktyabrda qüvvəyə minəcək.
“Ukraynalı ixracatçılar bu il yeni ticarət rejimindən istifadə edə biləcəklər. Qərar ikitərəfli xarakter daşıyır və müddətsiz qüvvədədir”, – deyə vitse-prezident əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 15 Oktyabr 2025 05:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















