Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kiyev və Kopenhagen Danimarkada Ukrayna silahlarının birgə istehsalına yol açan anlaşma memorandumu imzalayıb.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustəm Umerov bildirib.
"Bu gün Haaqada biz Danimarkanın müdafiə naziri Troels Lund Poulsen ilə niyyət məktubu imzaladıq. Bu, Danimarkada Ukrayna silahlarının birgə istehsalına yol açır. Bu sənəd Ramştayn formatında əvvəlki görüş zamanı başladığımız "Build with Ukraine" (red - Ukrayna ilə qurun) təşəbbüsünün həyata keçirilməsində ilk addımdır", - R.Umerov deyib.
Onun sözlərinə görə, Danimarka öz ərazisində Ukrayna müdafiə istehsalına başlamaq üçün artıq 500 milyon kron (77,8 milyon ABŞ dolları) ayırıb.
"Layihə çərçivəsində yaradılan bütün imkanlar Ukrayna müdafiə qüvvələrinin gücləndirilməsinə çalışacaq. Bu, ümumi müdafiə qabiliyyətimizi gücləndirən, təchizat zəncirlərini gücləndirən, texnologiya mübadiləsi və müdafiə sektorlarımızın inteqrasiyası üçün yeni imkanlar yaradan strateji addımdır", - R.Umerov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 24 İyun 2025 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















