“Ukrayna və Gürcüstan yalnız geosiyasi alət kimi istifadə olunub” ŞƏRH
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tural İsmayılov: “Böyük güclərin ritorikası ilə real zəmanət eyni şey deyil”
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, uzun illər Ukrayna və Gürcüstana NATO-ya üzvlük perspektivi ilə bağlı açıqlamalar verilsə də, bu vədlər real mexanizmlərlə müşayiət olunmayıb. Onun sözlərinə görə, 2008-ci il Buxarest sammitindən sonra hər iki ölkə üçün üzvlük ehtimalı daim gündəmdə saxlanılıb, lakin sonradan alyansın belə bir niyyətinin olmadığı aydınlaşıb.
Papuaşvili qeyd edib ki, bu vəziyyət ya Qərb siyasətçilərinin yanlış hesablaması, ya da üzvlük perspektivi olmadan ölkələrin riskli addımlara təşviq edilməsi ilə izah oluna bilər. O vurğulayıb ki, müharibə başladıqda NATO yalnız üzv dövlətlər üçün kollektiv müdafiə mexanizmi təqdim edir.
Politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında Şalva Papuaşvilinin bu açıqlaması ilə acı bir həqiqəti ortaya qoyduğunu söyləyib:
"Şalva Papuaşvilinin açıqlaması postsovet məkanında uzun illərdir pıçıltı ilə deyilən, indi isə açıq səsləndirilən acı bir həqiqəti ortaya qoyur: NATO-nun “açıq qapı” ritorikası real siyasi iradə ilə heç vaxt tam üst-üstə düşməyib. 2008-ci il Buxarest sammitindən sonra Ukrayna və Gürcüstan üçün yaradılan gözlənti faktiki təhlükəsizlik təminatı yox, daha çox geosiyasi motivasiya aləti olub. Qərb paytaxtlarında bu iki ölkənin NATO-ya üzvlüyü barədə səslənən vədlər strateji məsuliyyətlə deyil, situativ maraqlarla formalaşıb.
Papuaşvilinin toxunduğu əsas məqam ondan ibarətdir ki, genişlənmə vədi konkret mexanizmlərlə müşayiət olunmayıb. Nəticədə Kiyev və Tbilisi “astanadaymış” kimi saxlanılıb, lakin qapı heç vaxt açılmayıb. Bu, ya Qərb siyasi elitalarının təhlükəsizlik arxitekturasını yanlış oxumasının, ya da daha təhlükəli ehtimal olaraq, bu ölkələrin Rusiya ilə toqquşma riskini öz üzərlərinə almadan onları ön xəttə sürməsinin göstəricisidir".
Politoloq 2008-ci ildə Gürcüstanın, 2022-ci ildən isə Ukraynanın yaşadıqlarının bu siyasətin nəticələrini aydın göstərdiyini bildirib:
"NATO üzvlüyü perspektivi ilə ruhlandırılan elitalar daha sərt mövqe tutur, lakin müharibə başlayanda alyansın 5-ci maddəsi kağız üzərində qalır. Papuaşvilinin dediyi kimi, səngərdə NATO əsgəri görünmür, çünki alyans yalnız üzv dövlətlər üçün real kollektiv müdafiə mexanizmidir.
Bu kontekstdə Ukrayna və Gürcüstan nümunəsi kiçik və orta dövlətlər üçün ciddi dərsdir: böyük güclərin ritorik vədləri ilə real təhlükəsizlik zəmanətləri eyni şey deyil. Geosiyasətdə emosional ümidlər yox, sərt reallıqlar işləyir. NATO məsələsində yaşananlar da bunu bir daha sübut edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 19 Dekabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















