Ukrayna və Rusiya arasında yeni məhbus mübadiləsi baş tutdu
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabında etdiyi paylaşımda İstanbul danışıqlarında əldə olunan razılaşmalar çərçivəsində Rusiya tərəfi ilə əsir mübadiləsini davam etdirdiklərini bildirib.
Turkustan.az xəbər verir ki, Ukraynanın müxtəlif bölgələrində baş verən qarşıdurmalarda əsir düşən ukraynalı əsgərlərin ölkəyə qaytarıldığını bildirən Zelenski, onların bir çoxunun 2022-ci ildən əsirlikdə olduğunu bildirib.
Azad edilənlər arasında Ukrayna vətəndaşlarının da olduğunu qeyd edən Zelenski: "Dəyişikliklər davam etməlidir və bunu mümkün edən hər kəsə təşəkkür edirəm" dedi.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada İstanbulda əldə edilən razılaşmalar çərçivəsində əsir götürülmüş daha bir rus əsgərinin Kiyev rəhbərliyinin nəzarətindəki ərazidən aparıldığı bildirilib.
Bunun müqabilində bəyanatda bir qrup əsgərin Ukraynaya təhvil verildiyi, alınan rus əsgərlərinin Belarusda olduğu və Rusiyaya gətiriləcəyi vurğulanıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 04 İyul 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















