Ukrayna və Rusiya hava üstünlüyü uğrunda mübarizə aparırlar...
Sia Az saytına istinadən Icma.az xəbər verir.
...Rusiyanın Ukraynaya qarşı müharibəsi getdikcə uzaqmənzilli hücum dronları arasında qarşıdurmaya çevrilir. Hər iki tərəf cəbhə xəttindən uzaqda yerləşən hədəfləri - hərbi qurğulardan tutmuş neft emalı zavodlarına, anbarlara və digər infrastrukturlara qədər vura bilən yeni dronların istehsalını artırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Guardian xəbər verir.
Ukrayna son bir ildə uzaqmənzilli hücumlarının miqyasını kəskin şəkildə artırıb. İxtisaslaşmış bölmələr yerli olaraq hazırlanmış dronlardan istifadə edir və genişmiqyaslı əməliyyatlara yüzlərlə təyyarə cəlb edilə bilər.
Ən görkəmli hədəflərdən biri 20 sentyabrda hücuma məruz qalan Moskva Neft Emalı Zavodu idi. Ukrayna zərbələri artıq Rusiyanın neft sənayesinə və logistikasına təsir göstərir.
Eyni zamanda, Moskva da taktikasını dəyişir. Rusiya yeni versiyalarını reaktiv mühərriklərlə təchiz edərək, Geran dron ailəsini modernləşdirib.
Onlar köhnə modellərdən xeyli sürətlidir və bu da onları ələ keçirməyi daha da çətinləşdirir.
..."Rusiya heç vaxt dayanmır", - Ukrayna Prezidenti Vladimir Zelenskinin müdafiə texnologiyaları üzrə müşaviri Sergey Beskrestnov bildirib.
Yeni Rusiya dronları Ukrayna hava hücumundan müdafiə sistemləri üçün əlavə problemlər yaradır.
Köhnə Şahed dronlarının ələ keçirmə nisbəti 90 faizi keçib, yeni modellərə nisbətən isə bu rəqəm təxminən 60 faizə düşüb.
Müharibə mülki əhali üçün də getdikcə daha təhlükəli hala gəlir. Təkcə 2026-cı ilin ilk səkkiz ayında Ukraynada 2222 nəfər həlak olub - bu, əvvəlki ilin bütün göstəricisindən çoxdur.
Lakin heç bir tərəf məğlubiyyətə yaxın deyil. Rusiyanın daha geniş çeşiddə uzun mənzilli silahları və mürəkkəb hava hücumundan müdafiə sistemi var, Ukrayna isə nisbətən ucuz dronların kütləvi istehsalına və Rusiya infrastrukturuna qarşı dəqiq zərbələrə güvənir.
...Biz onlardan ən azı bir gün daha çox dözməliyik, - deyə ukraynalı hərbçi müharibənin daha bir qışından sağ çıxmaq ümidlərini izah edərək bildirib.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 25 Sentyabr 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















