Ukrayna və Şimal Avropa ölkələri yeni hərbi təşəbbüs işə salıblar
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna və Şimal-Avropa ölkələri Ukrayna ordusunun təlimi və silahlandırılması üçün yeni Skandinaviya-Baltik Təşəbbüsünü işə salıblar.
APA-nın məlumatına görə, bu barədə Ukrayna müdafiə naziri Denis Şmiqal açıqlama verib.
Ukrayna Müdafiə Əlaqə Qrupunun (UDCG) 31-ci iclasında Şmiqal və Norveç müdafiə naziri Tore Sandvik təşəbbüsə qoşulma barədə Anlayış Memorandumunu imzalayıblar.
Bu layihəyə Ukrayna ilə yanaşı, doqquz ölkə qatılıb — Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Polşa və İsveç.
Norveç Müdafiə Naziri Tore Sandvik bu təşəbbüs Ukraynanın müdafiə gücünü artıracaq: “Bu, müttəfiqlər arasında Ukraynanın müdafiə gücünü artırmaq üçün önəmli bir addımdır. Ukrayna ordusu həm təlim, həm də avadanlıq baxımından dəstəyə ehtiyac duyur və bu əməkdaşlıq sayəsində bunu təmin edirik”.
Təşəbbüsün əsas məqsədi 2024-cü ildə başlanılan və 2026-cı ilədək davam edəcək Beynəlxalq Leqio Əməliyyatı çərçivəsində Ukrayna qüvvələrinin təlim və silahlandırılmasını vahid sistemlə təmin etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 16 Oktyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















