Ukrayna XİN rəhbəri: Putinin sözlərinə etibar etmək olmaz
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Ukraynanın mövqeyi aydın və ardıcıl olaraq qalır: hələ martın 11-də Ciddədə biz ABŞ-nin 30 günlük tam və qeyd-şərtsiz müvəqqəti atəşkəs təklifi ilə razılaşdıq".
Bakıvaxtı.az xəbər verir ki, Ukraynanın Xarici işlər naziri Andrey Sibiqa Rusiya Prezidenti Putinin Pasxa atəşkəsi barədə açıqlamasına münasibət bildirərkən belə deyib.
O qeyd edib ki, Rusiya ABŞ-nin təklifindən imtina etdi: "Bu imtinası 39 gündür davam edir. Əvəzində Moskva rejimi müxtəlif şərtlər irəli sürərək Ukraynaya, mülki əhaliyə və ölkənin hər yerində mülki infrastruktura qarşı terroru gücləndirib... Putin indi atəşkəsə ehtimal olunan hazırlığı barədə bəyanatlar verib. 30 gün əvəzinə 30 saat. Təəssüf ki, biz onun əməlləri ilə üst-üstə düşməyən açıqlamalarını uzun müddətdir eşidirik. Bilirik ki, onun sözlərinə etibar etmək olmaz və sözlərə deyil, əməllərə baxacağıq".
Sibiqa onu da əlavə edib ki, Rusiya istənilən vaxt mart ayından müzakirə olunan tam və qeyd-şərtsiz 30 günlük atəşkəs təklifi ilə razılaşa bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 19 Aprel 2025 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















