Ukrayna XİN rəhbəri: Rusiya sübutları gizlətməyə çalışır
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzasını şərh edib.
Axar.az xəbər verir ki, o, bu barədə X sosial hesabında yazıb.
“Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması dəhşətli faciədir. Azərbaycana başsağlığı veririk. Rusiya mediası qəzanın səbəbi barədə yalan danışıb və Rusiya böyük ehtimalla cinayətinin sübutunu gizlətmək məqsədilə zədələnmiş təyyarəni dənizdən keçməyə məcbur edib”, - o bildirib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 27 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















