Ukrayna XİN: Zelenski NATO, Aİ və G7 sammitlərinə dəvət alıb
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Prezident Volodimir Zelenski NATO, Avropa İttifaqı və G7 sammitlərinə dəvət alıb".
Oxu.Az-ın Gazeta.ua-ya istinadən xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) spikeri Georgi Tixiy brifinqdə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, Ukrayna XİN bu tədbirlər zamanı ikitərəfli görüşlərin təşkili üzərində fəal iş aparır.
"Prezidentin NATO, Aİ və G7 sammitlərinə dəvətləri var. Onun iştirakına tədbirlərə yaxın zamanda qərar veriləcək, hər şey təhlükəsizlik şərtlərindən asılı olacaq. Adətən belə sammitlərdə ikitərəfli görüşlər keçirilir. Biz bunun üzərində işləyirik", - deyə o bildirib.
Qeyd edək ki, Ukraynanın NATO sammitində iştirakı əhəmiyyət kəsb edən məsələlərdəndir. Tixiyin sözlərinə görə, güclü qərarlar verilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 10 İyun 2025 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















