Ukrayna xüsusi təyinatlıları raketdaşıyan gəmiyə hücum etdi
Icma.az bildirir, Bakupost portalına istinadən.
Ukrayna Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) Kareliyada Rusiyanın "Qrad" kiçik raket gəmisinin məhv edilməsi əməliyyatının təfərrüatlarını açıqlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" XƏQ-in mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, əməliyyat oktyabrın 4-də səhər saat 04:31-də Oneqa gölündə baş tutub.
"Xüsusi təyinatlılar 21631 layihəli "Buyan-M" kiçik raket gəmisini (göyərtə nömrəsi 575) Baltik dənizindən Xəzər dənizinə doğru hərəkət edərkən vurublar. Zərbə hərəkət bölməsinin sağ tərəfinə dəyib, gəmiyə ciddi ziyan dəyib. Hələlik əlavə detallar dəqiqləşdirilir", - məlumatda deyilir.
"Qrad" Rusiyanın ən yeni gəmilərindən biridir. O, 29 dekabr 2022-ci ildə Baltik Donanmasının istifadəsinə verilib. Gəminin əsas silahı "Kalibr-NK" raket sistemidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 04 Oktyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















