Ukrayna yanvarda ABŞdən sülh planı gözləyir Zelenski
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Ukrayna 2025-ci ilin yanvarında ABŞ-nin seçilmiş prezidenti Donald Trampdan sülh planı almağı gözləyir.
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin təşviq etdiyi "Grain from Ukraine" (Ukraynadan taxıl) proqramına həsr olunmuş görüşdə bildirib.
"Mən ABŞ-nin yeni prezidentinin təkliflərini görmək istəyirəm. Düşünürəm ki, təklifləri artıq yanvarda görəcəyik və bu, müharibəni bitirmək planımız olacaq", - Ukrayna lideri deyib.
Zelenski, həmçinin vurğulayıb ki, Trampla görüşü onun andiçmə mərasimindən sonra baş verəcək.
Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək. Tramp dəfələrlə Ukraynada münaqişəni mümkün qədər tez dayandırmaq niyyətində olduğunu bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 23 Noyabr 2024 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















