Ukrayna Yaxın Şərqə İrana qarşı dron mütəxəssisləri göndərir
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-yə dəstək məqsədilə bölgəyə dron mütəxəssisləri göndərəcəklərini açıqlayıb.
Sherg.az xəbər verir ki, Ukrayna İranın raket və dron hücumlarına qarşı Körfəz ölkələrinə mütəxəssis dəstəyi verəcək. Zelenski bildirib ki, ukraynalı dron mütəxəssisləri gələn həftə Yaxın Şərqdə fəaliyyətə başlayacaqlar.
İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq həyata keçirdiyi dron zərbələrinə qarşı ukraynalı mütəxəssislər bölgədə işə başlayacaqlar.
Ukrayna Prezidenti Vladimir Zelenski İranın Yaxın Şərqdə davam edən dron hücumlarına qarşı ABŞ-a kömək məqsədilə bölgəyə mütəxəssislər göndərəcəklərini açıqlayıb.
Zelenski deyib:
“Yaxın Şərqdəki mülki şəxslərə və bəzi ölkələrdə xidmət edən ABŞ hərbçilərinə necə kömək edə biləcəyimizlə bağlı bir sıra mesajlar aldıq. Cavabımız belə oldu: mütəxəssislər göndərəcəyik və onları qorumaq üçün lazım olan hər şeyi təmin edəcəyik. Hazırda detallı danışmaq üçün hələ tezdir. Gələn həftə mütəxəssislər əraziyə çatdıqdan sonra vəziyyəti qiymətləndirəcək və yardım göstərəcəklər. Çünki onlar dərhal kömək edə biləcək imkanlarla gedirlər. Biz də buna uyğun hərəkət edəcəyik”.
Məlumdur ki, Rusiyanın Ukraynaya qarşı artıq 4 ildir davam edən müharibəsində tez-tez İran istehsalı dronlardan istifadə etməsi səbəbindən Ukrayna bu tip pilotsuz uçuş aparatlarına qarşı ciddi təcrübə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 08 Mart 2026 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















