Icma.az
close
up
RU
Ukrayna yenə “Lukoil”i hədəf aldı Bir gündə üç zavod vuruldu

Ukrayna yenə “Lukoil”i hədəf aldı Bir gündə üç zavod vuruldu

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Ukrayna Silahlı Qüvvələri Rusiyanın enerji və strateji obyektlərinə qarşı kütləvi pilotsuz uçuş aparatları (PUA) hücumları həyata keçirib. Son məlumatlara görə, hücumların hədəfi “Lukoil”in Volqoqrad və Uxta neft emalı zavodları olub.

Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, “Lukoil”in neft emalı zavodunda gecə saatlarında PUA zərbəsi qeydə alınıb. Rəsmi mənbələr bildirirlər ki, zərbə nəticəsində yanğın baş verib, lakin xəsarət alan yoxdur. Zavoddakı istehsal müəssisələrinin ziyan görməsi xəbərləri yayılıb. Bundan əvvəl də zavoda hücumlar olub və fəaliyyət zaman-zaman dayandırılıb.
Volqoqrad neft emalı zavodu (rəsmi adı ilə Lukoil Volgogradneftepererabotka) Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir və LUKOIL qrupuna məxsusdur. Zavod ildə təxminən 14.8 milyon ton xam neft emal gücü ilə ölkənin cənubunda yerləşən enerji bazasında mühüm yer tutur.
Bu istehsalat kompleksi müxtəlif neft məhsulları –kerosin, benzin, dizel, motor yağları, yüngül neft məhsulları və yüksək keyfiyyətli qazqarışıqları istehsal edir.
Zavod həmçinin geniş modernizasiya proqramından keçmiş, xam neft emal gücünü artırmış və enerji effektivliyini yüksəltmişdir – bu onun Rusiya daxilində strateji və iqtisadi əhəmiyyətini daha da artırır.


***


Eyni zamanda, Uxta şəhərindəki Lukoil-Uxtaneftepererabotka zavoduna da PUA hücumu edilib. Yerli sakinlərin çəkdiyi videolarda PUA-ların zavodun üzərindən uçduğu görünür, sonra güclü partlayış səsləri eşidilir. Yerli Fövqəladə Hallar İdarəsi hücumu təsdiqləyib və bildirib ki, operativ xidmətlər hadisə yerinə cəlb olunub. Yerli kanallar isə xəbər verir ki, bəzi təhsil müəssisələri və təşkilatlar evakuasiya olunub. Bu təhlükənin nə qədər böyük miqyasda olduğunu göstərir.

Uxta şəhərində yerləşən "LUKOIL Ukhtaneftepererabotka" Rusiyanın şimal qərbində yerləşən köhnə və strateji sənaye müəssisəsidir. Zavod 1930 cu illərdə fəaliyyətə başlayıb və uzun illərdir ki, LUKOIL şirkətinin strukturuna daxildir.
Bu zavod ildə təxminən 4 milyon ton xam neft emal edə bilir və əsasən yüksək oktanlı benzinin komponentləri (məsələn Euro 4/Euro 5 standartına uyğun), hidroqurdulan, arktik şərait üçün nəzərdə tutulmuş dizel fraksiyaları, benzin komponentləri, dizel yanacağı və digər neft məhsulları məhsulları istehsal edir
Bu zavod Rusiya şimal regionlarının enerji tələbatını ödəyən əsas mənbələrdən biri olmaqla yanaşı, istehsal etdiyi məhsullar ölkə daxilində və xaricə təchizat üçün də istifadə olunur.

***


12 fevral gecəsi Ukrayna Miçurinsk şəhərindəki “Proqress” zavoduna da hücum edib. Hücum nəticəsində “Semeyniy Maqnit” supermarket (zavoddan təxminən 100 metr məsafədə) yanıb. Həmçinin Miçurinsk-Ural dəmiryol stansiyası yaxınlığında tüstü yaranıb, Sənaye-texnologiya kollecində (təxminən 150 metr məsafədə) yanğın baş verib.
Zavod rəhbərliyi və yerli hakimiyyət orqanları iki nəfərin yaralandığını bildirib.
Ukraynanın Baş Kəşfiyyat İdarəsi bildirir ki, “Proqress” zavodunda “X-101” raketlərində istifadə olunan komponentlər istehsal edilir.
“War & Sanction” layihəsinin məlumatına görə, zavodda MP-95 sensorları istehsal olunur. Bu sensorlar “X-101” raketlərinin test və idarəetmə sistemlərində istifadə oluna bilər. Bundan başqa zavodda “X-59M2” və “X-59M2A” raketlərinin giromotorları da istehsal olunur. Bu komponentlər bu raketlərin sürət sensorlarında tətbiq edilir.
“Proqress” zavodu aviasiya və raket texnikasının idarəetmə sistemlərindən başqa, elektrik, qaz və neft boru kəmərləri üçün texniki avadanlıqları istehsal edir.
Davamlı hücumlar göstərir ki, hər iki zavod Ukrayna tərəfindən hədəf götürülən əsas obyektlərdən biridir. Çünki bu müəssisələrdə istehsal edilən benzin, dizel və aviasiya yanacağı Rusiya silahlı qüvvələrinin logistikasında və döyüş qüvvələrinin fəaliyyəti üçün vacib əhəmiyyət daşıyır.
Cavid, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Fevral 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri