Icma.az
close
up
RU
Ukraynada 23 mindən çox tələbə ali məktəblərdən xaric edildi: Hərbi xidmətdən yayınıblar

Ukraynada 23 mindən çox tələbə ali məktəblərdən xaric edildi: Hərbi xidmətdən yayınıblar

2024-cü ilin aprel-avqust ayları ərzində 30 yaşdan yuxarı 23 448 kişi Ukrayna ali təhsil müəssisələrindən "digər vəzifələrdən yayındıqlarına" və zəif akademik göstəricilərə, habelə dərslərdə iştirak etmədiklərinə görə xaric edilib.

Bu barədə ölkənin təhsil nazirinin müavini Mixail Vinnitski "Facebook"da məlumat verib.

Onun sözlərinə görə, 5 805 nəfər Təhsilin Keyfiyyəti üzrə Dövlət Xidmətinin yoxlamasından sonra, qalanları isə ali məktəblərin daxili qərarları nəticəsində xaric edilib.

Bildirilir ki, məktəbi tərk edənlər əslində tələbə olmağı planlaşdırmayan, lakin digər məsuliyyətlərdən, o cümlədən hərbi xidmətdən yayınmaq üçün bu statusdan istifadə etmək istəyən "tələbələr"dir.(oxu.az)

seeBaxış sayı:88
embedMənbə:https://moderator.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri