Icma.az
close
up
RU
Ukraynada atəşkəsdən sonra NATO və ABŞ arasında toqquşma ola bilər

Ukraynada atəşkəsdən sonra NATO və ABŞ arasında toqquşma ola bilər

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Atəşkəsdən sonra Ukraynanın təhlükəsizliyini təmin etməyin ölkəyə sülhməramlıların göndərilməsindən başqa yolları var. 
Demokrat.az
xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Priştinaya səfəri çərçivəsində mətbuat konfransı zamanı bildirib. 
“Yaxşı ki, Fransa və Böyük Britaniya təşəbbüs göstərdilər ki, Ukraynada atəşkəs əldə edildikdə, təhlükəsizlik təminatı məsələsi ortaya çıxacaq. Mümkün yollardan biri Avropa quru qüvvələrini Ukraynaya göndərməkdir, lakin bunun başqa yolları da var”, - Rutte NATO-nun YouTube kanalında yayımlanan çıxışında bildirib.
NATO-nun baş katibi də ABŞ prezidenti Donald Trampdan sitat gətirərək , sülhün hələ əldə olunmadığını deyib.
Ukraynada atəşkəsdən sonra NATO və ABŞ-nin təhlükəsizlik strategiyalarında daha ciddi fikir ayrılıqları yarana bilərmi?
Mövzu ilə bağlı "Cross Media Təhlil Mərkəzi"nin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələdə fikir ayrılığı gözləməyinə dəyməz:
“NATO Amerika deməkdir. Amerika da NATO deməkdir. Donald Trampın son davranışları, açıqlamaları və çıxışları bir az narahatlıq doğurub. 
Hesab edirəm ki, bunlar müəyyən qaydalarda dəyişiklik yaratmaqdan ötrü Tramp tərəfindən atılan addımlardır və bir müddətdən sonra daşlar yerinə oturacaqdır. konseptual, prinsipial, ciddi və strateji məsələlərdə NATO daxilində problemlərin olacağını, Amerikanın bu istiqamətdə hansısa sərt dönüşlər edəcəyini gözləmirəm. 
Tramp  NATO-dan istədiyini alandan sonra məsələlər sakitləşəcək və sabitləşəcəkdir. Xüsusən Ukrayna məsələsində Amerika ilə və digər NATO ölkələrinin maraqlarının da üst-üstə düşdüyünü və ya kəsişən nöqtələrinin bir azdan tamamilə üst-üstə düşəcəyini zənn edirəm. Yəni, maraqlar da bundan ibarətdir ki, Rusiya nəzarət altında saxlanılmalıdır”.
Siyasi şərhçi əlavə edib ki, Rusiya təhdid olaraq ortadan qaldırılmalıdır:
“O ki qaldı sülhməramlıların yerləşdirilməsinə, bunu mümkünsüz görürəm. Yəni, Rusiyanın buna razılaşacağı inandırıcı deyil. Rusiya bu addıma getməyəcək və orada sülhməramlıların yerləşdirilməsi mümkünsüzdür. Bütün bu müharibənin, qırğının, davanın əsas səbəbi o idi ki, Ukrayna NATO-ya daxil olmasın, Ukraynada NATO qüvvələrinin yerləşməsi mümkünsüz bir məsələyə çevrilsin”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Mart 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri