Ukraynada azərbaycanlı həlak olub, oğlu yaralanıb
Icma.az, Reyting.az saytına istinadən bildirir.
Ukraynanın Donetsk vilayətində azərbaycanlı ata və oğul artilleriya zərbələrinə məruz qalıblar.
Məlumata görə, vilayətin Konstantinovka şəhərində gedən artilleriya döyüşləri zamanı, şəhər sakini 1991-ci il təvəllüdlü Əzizov İlqar Vüqar oğlu atəş nəticəsində həlak olub.
Onun atası, 1964-cü il təvəllüdlü Əzizov Vüqar Zabulla oğlu isə ağır yaralanıb.
Mülki şəxslər olan azərbaycanlı ata və oğul Ukrayna vətəndaşlarıdırlar, Konstantinovka sakinidirlər.
Qeyd edək ki, son vaxtlar Konstantinovka şəhərinə hücumları artıran Rusiya ordusu Ukrayna ordusunun ciddi müqaviməti ilə rastlaşıb(unikal).
Bu mövzuda digər xəbərlər:Ukraynada daha bir azərbaycanlı həlak olub
28 Noyabr 2024 11:24
Ukraynada müharibədə daha bir azərbaycanlı həlak olub
18 Noyabr 2024 14:32
Ukraynada daha bir azərbaycanlı həlak olub FOTO
28 Noyabr 2024 10:14
Ukraynada daha bir azərbaycanlı həlak olub Foto
28 Noyabr 2024 09:49
Baxış sayı:71
Bu xəbər 07 Oktyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















