Ukraynada baş verənləri gözlərinizlə görün Zelenski Vensi səfərə dəvət edir
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Vladimir Zelenski ABŞ-ın vitse-prezidenti Cey di Vensi növbəti dəfə Ukraynaya səfərə dəvət etsə də, cavab almayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Time” jurnalı məlumat yayıb.
Mənbənin məlumatına görə, Ukrayna Prezidenti son telefon danışıqlarından birində Vensə münaqişə dövründə Ukraynaya səfər etməmək qərarına yenidən baxmağı təklif edib. “Biz hələ də sizi gözləyirik”, – deyə Zelenski müraciət edib, lakin ABŞ vitse-prezidenti onun təklifinə cavab verməyib.
Xatırladaq ki, daha əvvəl – fevralın 28-də Oval Kabinetdə qalmaqallı görüş zamanı Zelenski “Ukraynadakı vəziyyəti sosial şəbəkələrdən bilirik” deyən Vensi baş verənləri öz gözü ilə görməsi üçün ölkəsinə dəvət etmişdi.
Aysel Əliyeva
Globalinfo.az
Baxış sayı:67
Bu xəbər 24 Mart 2025 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















