Ukraynada döyüşmək üçün azərbaycanlılara pul təklif olunur Qalmaqal
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya-Ukrayna müharibəsinə Azərbaycan vətəndaşlarının cəlb olunması artıq gizli deyil. Müharibədə bu günə qədər onlarla Azərbaycan vətəndaşının həlak olması barədə məlumatlar var. Soydaşlarımızın hərbi əməliyyatlara cəlb olunmasında müxtəlif qeyri-rəsmi kanallar və sosial şəbəkələr vasitəsilə yayılan elanlar, əlaqələndiric şəxslər mühüm rol oynayır.
Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, xüsusilə “VK.com” və “Telegram” platformalarında Rusiya Müdafiə Nazirliyinin adından istifadə edilərək cəlbedici şərtlərlə hərbi xidmət təklifləri yerləşdirilir.
Yayılan elanlarda Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər MDB ölkələrinin vətəndaşlarına müqavilə əsasında xidmət təklif olunur. Şərtlər isə kifayət qədər “səxavətli” görünür.
Belə ki, müqavilə bağlanan an muzdlu döyüşçüyə dərhal 1 500 000 rubl (təxminən 28 000 AZN) birdəfəlik ödəniş verilir, aylıq 210 min rubla (təxminən 4 000 AZN) qədər məvacib kəsilir. Bundan başqa, cəmi 6 aylıq xidmətdən sonra Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada verilməsi vəd edilir.
Təklif olunan vəzifələr arasında hücum qrupları, dron operatorları, minaaxtaranlar və sürücülər (C, D, E kateqoriyalı) yer alır. Lakin bu vədlərin arxasında dayanan reallıq daha acınacaqlıdır. Son statistikalar göstərir ki, bu yolla cəbhəyə gedən azərbaycanlılar ən qaynar nöqtələrə göndərilir və onların arasında ölüm halları olduqca yüksəkdir.
Məsələnin ən ciddi tərəfi isə hüquqi məsuliyyətdir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, vətəndaşlarımızın xarici ölkələrin hərbi birləşmələrində, münaqişə zonalarında muzdlu və ya könüllü qismində iştirakı ağır cinayət hesab olunur. Bu əməllərə görə müəyyən müddətə (8 ildən 20 ilədək) və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.
Ekspertlər vətəndaşları bu cür “maddi vədlərə” aldanmamağa, həm həyatlarını, həm də hüquqi gələcəklərini riskə atmamağa çağırırlar. Sosial şəbəkələrdə rast gəlinən bu növ elanlar əslində bir çox hallarda geri dönüşü olmayan “ölüm biletidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 17 Yanvar 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















