Ukraynada fövqəladə vəziyyət elan edildi: Ölkə kritik durumda
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin enerji sektorunda fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında məlumat verib.
Prezidentin sözlərinə görə, təmir briqadaları, enerji şirkətləri, kommunal xidmətlər və Dövlət Fövqəladə Hallar Xidməti elektrik və istilik təchizatının bərpası üçün gecə-gündüz çalışır. Bir çox məsələnin təcili həllə ehtiyacı var.
Zelenski bildirib ki, Kiyevdə Baş nazirin birinci müavini və energetika nazirinin rəhbərliyi ilə fövqəladə enerji vəziyyətinin koordinasiyası üçün daimi qərargah yaradılıb.
Hökumət avadanlıqların təhlükəsizliyinin təmin edilməsi və elektrik enerjisi idxalının artırılması məqsədilə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı gücləndirir, həmçinin ehtiyat enerji mənbələrinin istifadəsini asanlaşdırır.
Bundan əlavə, komendant saatı qaydalarına yenidən baxıldığı, dəstək mərkəzlərinə çıxışın genişləndirildiyi və biznes üçün daha çevik planlaşdırma imkanlarının yaradıldığı qeyd olunub.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 14 Yanvar 2026 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















