Icma.az
close
up
RU
Ukraynada gərginlik: Zelenskinin adamı İsrailə qaçdı, Putinə zəng gəldi

Ukraynada gərginlik: Zelenskinin adamı İsrailə qaçdı, Putinə zəng gəldi

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Zaporojye vilayətində yerləşən Vesyoloye kəndinin işğal edildiyini açıqlayıb. Həmçinin rus ordusunun Donbass istiqamətində də bir sıra əraziləri ələ keçirdiyi bildirilir.

Məlumata görə, ordu cəbhənin bir neçə hissəsində ciddi irəliləyiş əldə edib. Hətta Donbassa tamamilə nəzarət etmə ehtimalı var.

Bu irəliləyişlərin Ukrayna ilə bağlı danışıqlar və ehtimal sülh planına necə təsiri olacaq?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Rusiya Pokrovsk istiqamətindəki ərazi uğurlarının onun qarşısında yeni irəliləyiş açağını hesablayır:

“Hərbi-taktiki baxımdan bu, proqnozlaşdırılabilən hadisədir. Hərbi əməliyyatların Pokrovsk-Minqorod istiqamətində uğur əldə edilməsi Rusiya qüvvələrinə Xarkov vilayətinin cənubuna, daha sonra isə Zaporojye və Dnepropetrovsk vilayətlərinin şərqinə yeni hücumlar etməsi üçün daha əlverişli mövqelər verəcək. Rusiya bu məsələdə dron hücumları ilə ixtisaslaşmış “Rubicon” elit bölmələrinə etibar edir.

Başqa sözlə, Rusiya hücumlarını məhdudlaşdırmağa əsas görmür və təşəbbüsü ələ aldığını düşünür. ABŞ-ın müharibə ilə bağlı öz yanaşmalarını dəyişdirməsi də Rusiyanı əlavə səylərə doğru motivasiya edir, hərçənd ki, Vaşinqtonun uzunmüddətli plan üçün Moskvanı hansı “mühasirə hasarına” almaq istəməsini birbaşa oxumaq çətindir.

Bununla belə, Ukraynada oyun qaydaları Rusiya ilə ABŞ-ın gizli planı üzərindən dəyişməkdədir. İki ölkə arasında Ukrayna münaqişəsinin dayandırılması üçün 28 bəndlik gizli planının olması haqqında məlumatların indi ortaya çıxması da təsadüfi sayılmamalıdır. Digər yandan isə bu plan müharibənin yekun sülhlə sonlandırılmasını deyil, daha çox Ağ Evlə Kremlin müharibədən “taym-aut” götürməsini sistemləşdirən bir hərəkət kimi anlaşıla bilər. Bu növbəti həlledici fazadır və planın ictimai müzakirəsi başlanmamışdan öncə çox vacib iki hadisə baş verdi:

1.Rusiyanın Ukraynada davam edən hərbi kampaniyası fonunda Prezident Volodimir Zelenski hakimiyyətinin ən böyük korrupsiya skandalı ilə üzləşdi.

2.Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı oldu.

Bu iki hadisə bir-birilə bağlı ola bilər, təsadüfi deyil ki, korrupsiyada adı hallanan şəxslərdən Zelenskinin yaxın adamlarından biri kimi ad çıxarmış Timur Mendiç əməliyyatlardan bir gün öncə İsrailə qaçıb. Ukraynada korrupsiyaya məruz qalmış 100 milyon dollar çirkli pulun Rusiyanın dolayı iştirakı ilə yuyulmasına dair məlumatlar bu məsələdə İsraillə Moskva arasında gizli əməkdaşlığa işarə verə bilər. Əks təqdirdə, Mendiçin niyə məhz İsrailə qaçmasının cavabını başqa bir sövdələşmədə axtarmaq çətinləşir”.


Aqşin Kərimov

Ekspert deyib ki, bu fikirdən də güclü görünən başqa bir yanaşma diqqətə alınmalıdır:

“ABŞ-ın Ukraynaya həlledici dəstəkdən uzaqlaşması Rusiyanın öz daxili problemlərini, o cümlədən təhlükəsizlik boşluqlarını maskalamağa fürsət verir. Ancaq Kreml başa düşür ki, Qərb Rusiya daxilində yeni və daha pis reallıq yaradıb onu normallaşdırmaqda üstün kəşfiyyat resurslarına malikdir.

Burada Qərb İranın qlobal proksi imkanlarını sıradan çıxaran İsrailin şəbəkəni alt-üst edən planlarından istifadə edə bilər. Yəni bənzər, lakin Ukraynadakı müharibəyə uyğun şəkildə dəyişdirilmiş yanaşma Rusiyaya qarşı uğur qazanılmasının düsturu ola bilər. Vladimir Putin yəqin ki, israilli baş nazirdən bununla bağlı məlumat və ya Təl-Əvivin prosesdə iştirak etməyəcəyinə dair qarantiya almağa çalışır.

Ukraynadakı korrupsiya əməliyyatları ölkənin siyasətini yenidən formalaşdırmaq potensialını təqdim edir. Bu, ABŞ Prezidenti Donald Trampla Vladimir Putinin Zelenskinin qeyri-legitim olmasına dair əvvəlki iddialarının yenilənməsinə şərait yaradacaq”.

Analitikin sözlərinə görə, bu əməliyyatlar daha dərin qatlarda Vaşinqtonla Moskva xəttində baş tutmuş danışıqların nəticəsi kimi yadda qalacaq:

“Bu addım ABŞ üçün ona görə əhəmiyyətlidir ki, Ukraynanın müharibə aparması üçün Vaşinqtonun üzərinə düşən xərc öhdəliklərini azaltsın. Eyni zamanda Trampın Avropa liderləri üzərində əvvəldən danışdığı hekayələrin gücünü artıran bir vasitədir. Yəni, korrupsiya əməliyyatlarından sonra Qərbdə çoxları maraqlana bilər ki, imtiyazlı şəxslər tərəfindən böyük məbləğlər mənimsənilirsə, Ukraynaya bundan sonra niyə yardım göstərilsin?

Nə Ukrayna, nə də Rusiya öz qlobal siyasətlərini Ukraynadakı proseslərdən ayırıblar. ABŞ sadəcə metodologiya dəyişikliyini önə çıxarır və əlavə olaraq başqa formada hegemoniya çətiri açmaq istəyir. Trampın NATO-dan kənar müttəfiqlər siyahısı tərtib etməsi burada açar rol oynaya bilər.

Rusiya isə Ukraynada ərazi nailiyyətlərinə arxalansa da, daxili çatların böyüməsi riskindən uzaqlaşmayıb. Ukrayna bütün bu proseslərin axarında suverenlik, təhlükəsizlik və ərazi bütövlüyünə yönəlmiş təhdidlərin ağırlığını üzərində daha böyük ölçüdə hiss etməyə başlayacaq.

Digər yandan, Trampa qarşı çıxan Avropa liderləri də Zelenskiyə qarşı ittiham cəbhələrində yer ala bilməyi diqqətdən kənarda saxlamayacaqlar”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri