Icma.az
close
up
RU
Ukraynada hakimiyyət dəyişikliyi olacaq? ÜÇ VARİANT

Ukraynada hakimiyyət dəyişikliyi olacaq? ÜÇ VARİANT

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) ölkədə korrupsiya ilə bağlı açıqladığı hesabat Zelenski hakimiyyətini çətin vəziyyətə salıb.

Kiyevin mərkəzində prezidentin istefası tələbi ilə aksiyalar başlayıb.

Aksiya iştirakçılarının plakatlarında “Zelenski - cinayətkar”, “Prezident istefaya getsin”, “Korrupsiyaya yox” şüarları əks olunub.

Yada salaq ki, NABU-nun son hesbatında adı keçən əsas şəxs biznesmen, “Kvartal 95” studiyasının sahibi kimi tanınan Timur Mindiçdir. Onu hələ 2019-cu ildən Zelenskinin “pul kisəsi” də adlandırlar. O, həmçinin hazırda Ukrayna Silahlı Qüvvələrinə pilotsuz təyyarələr və raketlərin ən böyük təchizatçılarından biri olan “FIre Point” şirkətində böyük paya sahibdir. Onun evindən çəkilən qızıldan unitaz fotosu dünya mediasında trenddir...

NABU 15 aylıq araşdırma zamanı min saatlıq söhbəti qeydə almağa müvəffəq olub və onlardan hələ bir neçəsi yayılıb. Zelenskiyə aid səs yazılarının olduğu da deyilir. Maraqlıdır ki, hesabat açıqlanmazdan bir gün əvvəl Mindiç ölkəni tərk edə bilib. Mindiçlə ABŞ Federal Təhqiqat Bürosu da maraqlanır, o, çirkli pulların yuyulmasında da şübhəli bilinir.

“The New York Times” yazır ki, onun yaxın çevrəsinin istintaqı Zelenskinin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə siyasi mövqeyinə təhlükə yaradır.

"Zelenski Avropa liderlərinin ondan imtina etməyəcəklərinə əmindir, çünki o, hakimiyyətdə qaldığı müddətcə döyüşlərin dayanmayacağının qarantı kimi ona ehtiyac duyurlar. Avropa liderlərinin Ukraynaya döyüşü davam etdirməsi lazım olduğundan, o, bunu təmin etmək üçün istədiyi hər şeyi edə bilər”.

Ukraynalı politoloq Konstantin Bondarenko Kiyevdə hakimiyyətin mümkün transformasiyası ilə bağlı fikirlərini bölüşüb.

Politoloq deyib ki, Zelenski Fransa, Almaniya və Böyük Britaniyanın onun tərəfində olduğu müddətdə hakimiyyətinə təhlükə görmür: “O, Trampdan qorxmur. Amma burada ciddi şəkildə yanılır. Sanki anlamır ki, ABŞ prezidentləri dəyişə bilər. İndiki qalmaqal Kiyev hökumətini ciddi şəkildə sarsıdıb”.

Politoloqa görə, Ukraynada hadisələr üç variant üzrə inkişaf edə bilər: “Birinci variant Zelenskinin istefa verərək səlahiyyətlərni Ukrayna Ali Radasına verməsi ola bilər. İkinci variant ondan ibarətdir ki, NABU, digər antikorrupsiya agentlikləri güc strukturlarına və büdcəyə nəzarəti ələ alaraq, Zelenskini Prezident Ofisinin rəhbəri Yermakın istefaya göndərməyə razı salırlar. Zelenski isə sırf nominal olaraq prezident qalır. Üçüncü ssenari hansısa cəsur generalın dövlət çevrilişi edəcəyi gözləntisdir. Bu variantlardan hər biri eyni dərəcədə mümkündür, lakin bu gün Ukraynada tam qeyri-müəyyən vəziyyətdir”.

Politoloq Aleksey Neçayev isə hesab edir ki, Qərbə korrupsiya qalmaqalı Zelenskini gözdən salmaq və ya onu vəzifəsindən uzaqlaşdırmaq üçün deyil, onun fəaliyyətini “optimallaşdırmaq” üçün lazımdır.

“Rusiyaya dost olmayan hökumətlər münaqişəni maliyyələşdirmək üçün artan resurs çatışmazlığı ilə üzləşirlər ki, bu da özünü xüsusilə Ukraynaya daha yeni kreditlər vermək istəməməsini göstərir”, - deyə o bildirib. /Musavat.com


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 Noyabr 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri