Ukraynada hərbi sifariş üzrə 2,4 milyon dollarlıq mənimsəmənin üstü açılıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukraynanın antikorrupsiya orqanları 2022-ci ildə - müharibənin ilk günlərində baş vermiş çoxmilyonluq mənimsəmə faktının üstünün açıldığını bildirib.
APA BBC-yə istinadən xəbər verir ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu və Ukrayna Təhlükəsizlik Xidməti ilə birgə dövlət müəssisəsinin iki keçmiş rəhbərinə və özəl şirkətin direktoruna rəsmi ittihamlar irəli sürüb.
İstintaq materiallarına əsasən, 2022-ci ilin aprelində Müdafiə Nazirliyi tanklar üçün dinamik mühafizə elementlərinin təcili alınması barədə həmin dövlət müəssisəsi ilə müqavilə bağlayıb.
Dövlət müəssisəsinin rəhbərləri özəl şirkətin direktoru ilə əlbir olaraq bu elementləri demək olar ki, üç dəfə şişirdilmiş qiymətə alıblar və bu yolla 102 milyon qrivnanı (indiki məzənnə ilə 2,4 milyon dollardan çox) mənimsəyiblər.
NABU şəxslərin və müəssisələrin adlarını çəkməsə də, göstərilən işlərə istinadlardan məlum olur ki, söhbət Pavloqradski Kimya Zavodunun rəhbərliyindən gedir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 11 Dekabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















